Redaktor seçimi
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Günün xəbəri

271 saylı məktəbdə peşəkarlıq belə qorunur...

 Yenixeber.org: Bir neçə gün əvvəl redaksiyamıza Sabunçu rayonundakı 271 nömrəli tam orta məktəbdə baş verən bir çox problemlərlə bağlı müəyyən məlumatlar daxil olmuşdu. Daxil olan məlumatlarda bildirilir ki, məktəbin ibtidai sinif müəlliməsi Bağırova Səltənət Zahid qızı 29 avqust 2023-cü il tarixdə müəllimlərin sertifikasiya imtahanında iştirak etmiş və o, 40 imtahan balı, 21 müsabiqə balı toplamışdır. Buna baxmayaraq, hal-hazırda Səltənət Bağırova öz ixtisası üzrə, yəni ibtidai sinif müəlliməsi işləmir. Daxil olan məlumatlarda o da qeyd olunur ki, bu gün o, ibtidai siniflərə yalnız musiqi dərsindən və texnologiya fənnindən dərs keçir. Başqa bir məlumatda o da bildirilir ki, Səltənət Bağırovanın adı ştat cədvəlində ibtidai-sinif müəlliməsi olaraq getsə də, eyni zamanda onun adına sinif müəlliməsi olaraq əməkhaqqı yazılsa da, hal-hazırda o, ibtidai siniflərə yalnız texnologiya fənnindən və musiqi dərsindən dərs keçir. Baxmayaraq ki, 2023-cü ilin sentyabr ayında Səltənət Bağırova məktəbin direktoru Səbinə Qasımovanın qəbulunda olur. Həmin vaxt  direktor ona  ibtidai sinif verəcəyinə vəd versə də, sonda Səbinə Qasımova verdiyi vədinə əməl etmir.


                                                    Səbinə Qasımova

Qeyd edək ki, redaksiyamıza bu yöndə məlumatlar daxil olduqdan sonra, məktəbin direktoru Səbinə Qasımova ilə əlaqə saxlamaq və qarşı tərəf olaraq ondan məsələlərə münasibətini öyrənmək üçün bir neçə dəfə cəhd etsək də, təəssüflər olsun ki, bu yöndə istəyimiz baş tutmadı.

Hər dəfə telefona cavab verən şəxslər bir bəhanə gətirərək Səbinə xanımın yerində olmadığını söylədi.

Ona görə də  ümid edirik ki, aidiyyatı qurumlar, 271 nömrəli tam orta məktəbdə yaşanan belə bir problemin aydınlaşdırılması, eyni zamanda bu yöndə aparılmış araşdırmaların nəticəsi ilə bağlı tabeçiliyindəki qurumlara lazımı tapşırıq verəcək.(Deryaz.az)

Mövzuya qayıdacağıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam