Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Quba Dövlət Sosial-İqtisad Kollecində özbaşnalıq hökm sürür” –Şikayət (Açıqlama)

“Quba Dövlət Sosial-İqtisad Kollecində özbaşnalıq hökm sürür”.

Yenixeber.org: Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumatda daha sonra bildirilir:

“1996-2019-cu il aralığında Laçın Səfərəliyev, 2019-dan 2023-cü ilə qədər Cavahir İskəndərova və indi də İnternat məktəbindən gəlmiş Xanım Bayramova kolleci bərbad gününə qoyur. Xanım Bayramova internat məktəbi ilə kollecin idarəetməsini səhv salır. Həmin müəssisə sanki ona ata payıdır kimi ailə idarətməsi sistemi kimi fəaliyyət göstərir.

Hələ adam yenicə təyinat alanda hər səhər əri, özü, gəlini, oğlu, hətta vaxt tapıb nəvələri ilə işə gəlirdi. Haqsızlıq edib işçiləri işdən azad etməklə yanaşı, digər şübhəli işlərlə də məşğuldur ki, bunu əlaqədar qurumlar araşdırmalıdır.

Özünü rüşvətdən kənar göstərən Xanım Bayramovanən rəhbərliyi alttında bu təhsil ocağında bu gün imtahanlarda 300-600 manat arası pul yığır. Hələ özünə yenicə müavin kimi təsdiqləmiş Rövşən Məmmədov, şöbə müdiri Səkinə Bayramova, orada fəaliyyət göstərən Qərib Qəribov isə aşkar şəkildə “qara kassa” rolunda iştirak edirlər. Bu siyahıya Əkbər Bayramovu və Süleymam Süleymanovu da əlavə etmək olar…”

Qlobal.az məsələ ilə bağlı Quba Dövlət Sosial-İqtisad Kollecindən mövqe öyrənib.

Kollecdən verilən açıqlamada deyilir:

“Kollecdə imtahan sessiyasında pul yığımları əsassız və şayiədir. Bildirmək istərdim ki, kollecdə imtahan prosesi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmri əsasında tam şəffaf həyata keçirilir. İmtahan prosesində Kollecdə baş verə biləcək neqativ halların qarşısını almaq üçün “imtahan qərargahı” fəaliyyət göstərir. Kollecdə müəllm – tələbə münasibəti lazımı səviyədədir. Şöbə müdirləri və müəllimlər öz işlərini peşəkar pedaqoq kimi qanunvericilik çərçivəsində həyata keçirirlər. Təhsil müəssisəsi haqqında deyilənlər tamamilə böhtandır. Kollektivimiz müəssisəmizin regionda və respublikada olan öz nüfuzunu qoruyub saxlanması üçün səylə çalışır”.(qlobal.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam