Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Kolleclərdə monitorinq aparıldı -nöqsanlar aşkarlandı

 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri regionlarda yerləşən kolleclərdə monitorinq keçirib.

Yenixeber.org: Agentliyin Orta ixtisas təhsili müəssisələri ilə iş sektorunun müdiri Səbinə Ənvərli və Hüquq və insan resursları sektorunun müdiri Siyavuş Əhmədzadə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci, Ağdaş Dövlət Humanitar Kolleci, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, Şamaxı Dövlət Regional Kolleci və Şəki Dövlət Regional Kollecində olublar.

Aparılan monitorinqlər zamanı müəllim və tələbə heyətinin problemləri, şikayət və təklifləri dinlənilib, müvafiq qeydlər aparılıb və suallar cavablandırılıb. Həmçinin tədris sənədləri yoxlanılıb, aşkar olunan nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, orta ixtisas müəssisələrində monitorinqlərin keçirilməsində əsas məqsəd müəssisələrdə tədrisin təşkilini izləmək, problem və ehtiyacları müəyyən etmək və onlara uyğun tədbirlər görməkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam