Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Bu peşələr sıradan çıxır, iş tapa BİLMƏYƏCƏKSİNİZ -Abituriyentlərin DİQQƏTİNƏ!

 

Bütün dünyada olduğu kimi, ölkəmizdə də süni intellekt olduqca sürətlə inkişaf edir. Bəziləri iddia edir ki, artıq bir müddət sonra bəzi sahələr üzrə insan əməyinə ehtiyac qalmayacaq. Bu da ali təhsil almaq istəyənlərin ixtisas seçimində çətinlik yaşamasına səbəb olur.

Yenixeber.org: Bəs abituriyentlər hansı sahə üzrə təhsil almalıdırlar ki, gələcəkdə rahatlıqla iş tapa bilsinlər?

Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, süni intellekt gec-tez üzləşəcəyimiz reallıqdır və çox sürətli dəyişiklik gedir.

Ekspertin sözlərinə görə, bir çox peşələr üçün artıq insan əməyinə ehtiyac yoxdur:

“İnkişaf etmiş ölkələrin (İEÖ) bir çoxunda artıq bəzi peşələr sıradan çıxıb. İEÖ-də 2030-cü ilədək, bizim kimi ölkələr üçün təxminən 3-5 il sonra, ən geci 10 il ərzində bu peşələr sıradan çıxacaq:

- nəqliyyat sürücüsü;
- operator;
- məlumat mərkəzlərində vətəndaşları qəbul edən şəxs;
- işıqçı;
- qrimçi;
- aktyor;
- montajçı;
- videoqraf;
- fotoqraf;
- rəssam;
- dizayner;
- kitabxanaçı;
- bank işçisi;
- səyahət agenti;
- telemarketoloq;
- kassir;
- anbar işçisi;
- dayancaq baxıcısı;
- sığorta işçisi;
- tərcüməçi;
- poçt işçisi;
- idman yarışı hakimi;
- qəzet müxbiri;
- mühasib;
- mühərrik və maşın mühəndisi;
- Fast-food işçisi;
- təsərrüfat işçisi;
- korrektor;
- ödəniş məntəqə operatoru;
- dispetçer;
- və s.

Ən dəhşətlisi odur ki, bütün bunları insan tərəfindən yaradılan robotlar, süni intellekt idarə edəcək”.

E.Əfəndi qeyd edib ki, süni intellektin inkişafı ilə yeni ixtisaslar da ortaya çıxacaq:

“Ən yaxşısı hələ ki pedaqoji ixtisaslardır, çünki hələ 10-12 il bundan sonra qüvvədə olacaqlar. Sonra süni intellektli robotlar dərsləri ələ alacaq.

Gələcəyin əsas ixtisaslarına aşağıdakıları misal çəkə bilərik:

- Kibertəhlükəsizlik mühəndisi
- Maliyyə meneceri
- Data mühəndisi
- Səhiyyə mühəndisi
- Psixi sağlamlıq mühəndisi
- Yeni energetika mühəndisi
- İnşaat mühəndisi
- İnnovasiya meneceri
- Süni intellekt mühəndisi
- Ağıllı şəhər və ev mühəndisi
- Rəqəmsal transformasiya üzrə mütəxəssis
- İqlim müdafiəçisi
- Big Data analitiki
- Biotexnologiya mühəndisi
- IoT mütəxəssisi
- Yeni materiallar mühəndisi
- Maliyyə texnologiya mühəndisi
- Ağıllı nəqliyyat mühəndisi
- Proqram tərtibatçıları
- Yaradıcılıq mühəndisi
- Onlayn müəllim
- Rəqəmsal marketinq mütəxəssisi
- Ətraf mühit mühəndisi
- Xəstəxana mühəndisi
- İnformasiya təhlükəsizliyi
- Tullantı meneceri
- Gen mühəndisi
- İstedadlar meneceri
- Elektron ticarət üzrə mütəxəssis
- Kvant maşın öyrənmə analitiki
- Həkim
- və s.

Bu ixtisasların isə azı 50-60 il, bəzilərinin isə daha uzun ömrü var”.(Sfera)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam