Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qəbul imtahanına Qarabağdakı antiterror tədbirlərindən suallar salınacaq

 

Dövlət İmtahan Mərkəzi (DİM) “2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri”nə aid materialları açıqlayıb.

DİM-dən Yenixeber.org-a verilən məlumatda deyilir:

“Azərbaycan dövləti 2023‑cü ildə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan bərpa və tikinti‑quruculuq, azərbaycanlı sakinlərin öz doğma yurduna qayıtması işini davam etdirib.

Artıq işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Lakin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə Ermənistana məxsus silahlı birləşmələrin və digər qanunsuz hərbi dəstələrin mövcudluğu Azərbaycanın suverenliyi üçün böyük təhdid olub, həyata keçirilən böyük qayıdış, tikinti-quruculuq işlərinə ciddi maneə törədirdi. İkinci Qarabağ müharibəsi başa çatandan sonra 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuş, yaxud ağır yaralanmışdır. 2023-cü ilin aprelində Laçında sərhəd‑buraxılış məntəqəsi qurulanadək Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Bu minaların 2021-ci ildə Ermənistanda istehsal edilməsi müharibədən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün gətirildiyini göstərir. 2023-cü il sentyabrın 19-da səhər saatlarında Xocavənd rayonu ərazisində erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində ikisi mülki şəxs olmaqla 6 Azərbaycan vətəndaşı mina terrorunun qurbanı oldu. Elə həmin gün Azərbaycan lokal xarakterli antiterror tədbirlərini həyata keçirməyə başladı.

Məlumat üçün bildiririk ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar istifadədə olan dərsliklərdən, qeyd olunan faktlara dair bilgilər almayıblar.

Mövzunun vacibliyini nəzərə alaraq, bildiririk ki, 2024-cü ildə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən 2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə dair istifadəsi nəzərdə tutulan tapşırıqlar aşağıda göstərilmiş material əsasında tərtib ediləcək:

2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri

Materiallar həm də 2024-cü ildə “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam