Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Prezident təqaüdü alanlar arasında onlar da var - Foto

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2023-2024-cü tədris ilində Azərbaycanda ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, bu tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və ali məktəblərə daxil olmuş 102 tələbə 275 AZN məbləğində təqaüd alacaq.

Yenixeber.org-un məlumatına görə, həmin siyahıda tam orta təhsil (11 illik) səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında yüksək nəticə göstərmiş Arif Nəriman oğlu Hacıyev və Ləman Sənan qızı Quliyeva da var.

Arif Hacıyev martın 5-də keçirilmiş buraxılış imtahanında yüksək nəticə göstərib. Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində təhsil alan abituriyent 296.7 bal toplayıb. A. Hacıyev iki il əvvəl də 9-cu sinif buraxılış imtahanında 282.6 bal toplamaqla yüksək nəticə göstərmişdi.

Ləman Quliyeva isə Sabunçu rayon 169 nömrəli orta məktəbin məzunudur. I və IV ixtisas qrupları üzrə 22-23 iyul tarixlərində keçirilən qəbul imtahanında I ixtisas qrupu ən yüksək nəticəni o əldə edib. L. Quliyeva imtahanın ikinci mərhələsində 395.5 bal, birinci mərhələsində isə 297.5 bal toplayıb. Beləliklə, I ixtisas qrupu üzrə ən yüksək nəticə - 693 bal toplayıb.

Ləman Quliyeva ADA universitetində riyaziyyat ixtisası üzrə təhsil alır.

Qeyd edək ki, bir neçə ay əvvəl ADA universitetinin rektoru Hafiz Paşayev L. Quliyevanı qəbul edərək təbrik etmişdi. Tələbə DİM imtahanında 650-dən yuxarı bal topladığına görə təhsil müddətində təhsilhaqqından tamamilə azad edilmişdi.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam