Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakı Şəhəri üzrə Təhsil İdarəsi nədən və niyə narazıdır? -DE-FAKTO


Yenixeber.org: Dəyərli oxucuların diqqətinə çatdırırıq ki, bu günlərdə saytımızda paytaxtın bəzi təhsil müəssisələrində baş verən neqativ hallardan, Bakı Şəhəri üzrə Təhsil İdarəsində vətəndaşların qəbulu, şikayətlərin dinlənilməsi və vətəndaş məmnuniyyətinin hansı səviyyədə təmin olunmasından bəhs edən yazı dərc olunmuşdu. Həmin yazıda BŞTİ-yə göndərdiyimiz sorğuya verilən cavabdan iqtibas gətirərək vətəndaş məmnunluğunun onların təsvir etdiyi səviyyədə olmadığını da qeyd etmişdik.

Yazının buradan oxuya bilərsiniz: https://aia.az/77767-baki-tehsilinde-vetendas-memununlugu-yoxsa-surundermecilik.html

Materialın dərcindən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi redakisyamıza məktub göndərmişdir. Məktubda deyilir: “Qeyri-obyektiv və qərəzli yanaşmanıza görə təəssüf hissi keçiririk. Göndərdiyiniz sorğuya verilmiş cavabı tam işıqlandırmamağınız qeyri-peşəkar yanaşma kimi dəyərləndirilir. Bu “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli Qanununun tələblərinə ziddir.

Gördüyünüz kimi, məktubda qeyd edilən yazıda göstərilən nöqsanlara yox, bizim sorğudan gətirdiyimiz iqtibasa irad bildirilmişdir. Bu yerdə Cəfər Cabbarlının “Almaz” pyesində Mirzə Səməndərin məşhur “Sən bağı yox, məscidi de” ifadəsi yada düşür. Sorğuya verilən cavabın niyə bütöv verilmədiyini qeyd edən İdarə yetkilsinin narazılığını nəzərə alaraq redaksiyanın sorğusunu və BŞTİ-nin cavabını olduğu kimi dərc etmək qərarına gəldik.

Azərbaycan Respublikası Elm və Təhsil Naziri cənab Emin Əmrullayevə
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevaya



Məlumat üçün bildiririk ki, Bakı şəhərindəki 164 nömrəli tam orta məktəbdə məktəb direktorunun qanunsuz hərəkətləri ilə bağlı redaksiyamıza daxil olan məlumatlar əsasında yazı hazırlanaraq saytımızda dərc olunmuşdur. Məqalə dərc olunmazdan əvvəl – 24 iyul 2023-cü il tarixdə saat 10:48-də ETN-in office@edu.gov.az elektron poçtuna, eləcə də eyni tarixdə saat 10:49-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin info@bakuedu.gov.az elektron poçtuna müvafiq qaydada tərəfimizdən sorğu göndərilmişdir. Lakin göndərdiyimiz sorğuya Bakı ŞTİ tərəfindən şablon cavab verilərək anonim məlumata baxılmadığı bildirilmişdir. Mətbuat orqanı olaraq bildiririk ki, biz vətəndaş müraciətləri əsasında araşdırma aparır və müvafiq material hazırlayırıq. Şikayət müəlliflərinin və ya müəllifinin anaonimliyini saxlamaq da mətbuat orqanının hüquqlarından biridir. Bildirək ki, 164 nömrəli məktəbdə işləyən müəllimlər və digər işçilər saytın 434-02-03 nömrəli telefonuna zəng edərək məktəbdə baş verən proseslər haqqında məlumat verdiyindən biz də mətbuat orqanı olaraq bu sahədə araşdırma aparmışıq. Lakin nə məktəb, nə də BŞTİ bizimlə əməkdaşlıq etməmiş, konkret olaraq faktlara münasibət bildirilməmişdir.
Yazı dərc edildikdən sonra saytımızın “facebook” səhifəsində məktəb müəllimlərinin çoxsaylı etiraz şərhləri olmuşdur. Lakin eyni zamanda həmin müəllimlər qeyd edilən telefona zəng edərək onlara təzyiq edildiyini, məktəb rəhbərliyini tərifləyən şərh yazmayanların hədələndiyini bildirmiş və bu işə zorla məcbur edildiklərini bildirmişlər. Xüsusən də bu işlə məktəb rəhbrəliyində təmsil olunan birinin (adı bizə məlumdur) məşğul olduğunu qeyd etmişlər.
Təbiidir ki, biz araşdırmalarımızı məktəb mikrorayonunda valideynlər və müəllimlər arasında davam etdirirk və etdirəcəyik də. Çünki biz də qeyd edilən faktların həqiqətə uyğun olub-olmadığını bilmək istəyirik. Bilmək istəyirik ki, dərs ilinin əvvəlində parta qoymağa yer olmayan sinif otağı sonradan, yəni 1 oktyabrdan necə genişlənir?
Qeyd edilənləri və araşdırmalarımızın davam etdiyini nəzərə alaraq aşağıda qeyd edilən suallara aydınlıq gətirməyinizi xahiş edirik:
1. 2022-2023-cü dərs ilinin əvvəlində (15 sentyabr 2022) 164 nömrəli tam orta məktəbin rus bölməsinin 1-ci sinfinə neçə nəfər qəbul olunmuşdur?
2. 1 oktyabr 2023-cü il tarixdən sonra həmin 1-ci siniflərə başqa məktəblərdən neçə şagird yerdəyişmə etmişdir (qeyd edək ki, bizdə həmin şagirdlər haqqında kifayət qədər məlumat var) ?
3. Əgər 1-ci sinfə qəbul üçün yer olmamışdısa sonradan qəbul edilən şagirdlər harada, hansı sinifdə oturmuşlar?
4. 2023-2024-cü dərs ili üçün məktəbin rus bölməsinin 1-ci sinfinə neçə şagird üçün yer ayrılmışdır? Hal-hazırda qeyd edilən sinfə qəbul dayanmışdır, yəni bütün yerlər tutulmuşdur. Bu il də oktyabr ayından sonra siniflərin ölçüsü genişlənəcəkmi?
Əlavə olaraq bildiririk ki, mətbuat orqanı olaraq obyektiv araşdırma üçün istənilən komissiyanın tərkibində əməkdaşlıq etməyə hazırıq.
Hörmətlə: Azər Məmmədov.
AİA.az saytının Baş redaktoru

BŞTİ-nin cavabı:

“Uşaqların I sinfə qeydiyyatı elektron sistem vasitəsilə aparılır. Elektron sistem vasitəsilə qəbul məktəblər və müəllimlər üçün sağlam rəqabət mühiti yaratmaqla yanaşı, həm də şəfafflığın təmin olunmasına, vətəndaş məmnuniyyətinə zəmin yaradır, sosial ədalət prinsipinə əsaslanır, məktəbləri və valideynləri elektron xidmətlərin fəal iştirakçısına çevirir.
Qeyd edək ki, digər təhsil müəssisələri kimi 164 nömrəli tam orta məktəbin də I sinfinə qəbul elektron sistem vasitəsilə aparılır. 2022-2023-cü tədris ilində təhsil müəssisəsinin tədris digər dildə aparılan bölməsi üzrə sinif komplektlərinə uyğun şagird yerləşdirilib. Tədris ili ərzində 15 şagird yerdəyişmə ilə məktəbdən çıxıb, 9 şagird isə yerdəyişmə vasitəsilə məktəbə qəbul olub. Həmçinin 2023-2024-cü tədris ili üçün qeyd olunan bölmə üzrə nəzərdə tutulmuş sinif komplektlərinə uyğun sorğu yerləşdirilib.”

           Dəyərli oxucular,
indi siz özünüz mühakimə yürüdün. Bizi “Media haqqında” qanunun tələblərini pozmaqda günahlandıran BŞTİ-nin cavabından nəsə anlamaq mümkündürmü? Verilən cavab bir vətəndaş olaraq sizi qane edirmi? İdarə yalnız sorğumuzdakı 2-ci suala, həm də qeyri-müəyyən cavab verməklə işini bitmiş hesab etdiyi halda bizdən cavabı niyə bütöv dərc etmədiyimizi tələb edir..? BŞTİ rəhbərliyinin diqqətinə çatdırırıq ki, redaksiyanın sorğuya verilən cavabı olduğu kimi dərc etmək adlı bir öhdəliyi yoxudr. İkincisi, indi və bundan sonra da həmin cavaba istinadla bir sıra məqalələr yazıla bilər və yazılacaqdır da. Hər dəfə sorğunu dərc etməyə nə ehtiyac var? Sorğuya verilən cavabla mövcud vəziyyət ziddiyyət təşkil edirsə, bizim günahımız nədir?
Yaxşı olardı ki, Bakı Şəhəri üzrə Təhsil İdasəinin rəhbərliyi qeyd edilən yazıda göstərilən ciddi nöqsanların səbəblərinə aydınlıq gətirməklə, onların aradan qaldırılması məqsədilə görülən tədbirlər barədə, konkret olaraq 164 nömrəli məktəbdə yaranmış və davam edən vəziyyət haqqında bizi və ictimaiyyəti ətraflı məlumatlandırsın.
Əgər təhsildəki problemlər bir sorğuya verilmiş cavabın tam mətninin dərci ilə düzələcəkdisə, biz də onu etdik. Bundan sonra ümid edirik ki, BŞTİ-nin rəhbərliyi də bizim sorğumuza dolğun və qaneedici cavab verməyi unutmaz.
BŞTİ-nin elektron şagird qəbulu, vətəndaş məmnunluğu, məktəblərin və valideynlərin elektron xidmətlərin fəal iştirakçısına çevrilməsi barədə pafoslu iddiaları barədə isə növbəti yazımızda oxuyacaqsınız.(aia.az)
P.S. Bildirirk ki, hələ də BŞTİ-nin müdiri Mehriban Vəliyeva, ETN Aparatı rəhbərinin müavini Fərzəli Qədirov, 164 nömrəli tam orta məktəbin direktoru Kəmalə Qədirovadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam