Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Bu müəllimlərin əmək haqqının ödəniş dərəcəsi bərpa edildi

Bir qrup tərbiyəçi-müəllimin əməkhaqqının ödəniş dərəcəsi bərpa edilib.

Yenixeber.org: Bu barədə Bakı Şəhəri Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrinin ali təhsili qeyri-ixtisas olan tərbiyəçi-müəllimlərinin ödəniş dərəcələrinin azalması ilə əlaqədar müraciətlərinə baxılıb. Daxil olmuş müraciətlər araşdırılaraq həmin tərbiyəçilərin əmək haqqının ödəniş dərəcəsi bərpa edilib və onlar əvvəlki qaydada əmək haqqı almaqda davam edirlər.

Bununla yanaşı, növbəti mərhələdə müvafiq tərbiyəçi-müəllimlərin əməyinin ödəniş dərəcəsinin “Məktəbəqədər təhsil haqqında” qanunun, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın, əmək qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam