Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ASAPES-də “MEDİAlab” layihəsi çərçivəsində tələbələr üçün seminar keçirilib-FOTOLAR

 
Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə gənclərin media sahəsində fəal iştirakına şərait yaratmaq, onların yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərini artırmaq və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək məqsədilə “MEDİAlab” layihəsi çərçivəsində növbəti seminar keçirilib.
Yenixeber.org: 4 ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün təşkil olunan seminarın budəfəki mövzusu “Media ilə əlaqədar alətlərdən istifadə qaydaları - kamera, montaj alətləri” olub.
Seminar zamanı təlimçilər - “Real” televiziyasının montaj rejissoru Qafar Məhərrəmov və “Xəzər” televiziyasının baş operatoru Vüqar Quliyev tərəfindən tələbələrə müasir texniki alətlər və onlardan istifadə qaydaları, eləcə də montaj mövzusunda vörkşop keçirilib.

Sonda interaktiv müzakirə sessiyaları olub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam