Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Komitədən ASC-nin satılması haqqında açıqlama

 

Əmlak Məsələləri Dövlət Komitəsi haqqında mediada yayılan məlumatlara reaksiya verib. 

 

"Xeberinfo.com":  Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamada deyilir ki, mediada “6 milyonluq əmlak 85 minə necə satıldı?”, “Əmlak Komitəsinin “səhvi” büdcənin “başında çatlayır”” və digər başlıqlar altında yazılar dərc olunur və “Gəncə Pambıq Əyrici” Açıq Səhmdar Cəmiyyətinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən naməlum şəxslərə satılması, bu prosesdə hansısa israfçılığa yol verilməsi və dəyərindən aşağı qiymətə özəlləşdirilməsi kimi fikirlər səsləndirilir. Komitənin açıqlamasında qeyd olunur ki, bu məlumatlar yalan olaraq, şər və böhtan xarakteri daşımaqla Əmlak Məsələləri Dövlət Komitəsinin işgüzar nüfuzuna xələl gətirilməsi məqsədi ilə qəsdən yayımlanıb: “Belə ki, sözügedən məlumatlarda adı çəkilən “Gəncə Pambıq Əyrici” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hər hansı qərar qəbul edilməmiş, həmin təşkilatın səhmləri və ya balansında olan əmlakı satışa çıxarılmamışdır. Qeyd edilən müəssisə nizamnamə kapitalı bütövlüklə dövlətə məxsus “Gəncə Pambıq Əyrici” məhdud məsuliyyətli cəmiyyət formasında dövlət müəssisəsi kimi fəaliyyət göstərməkdədir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam