Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yaşa görə müavinət alanların sayı -artdı

Yaşa görə müavinət alanların sayı artdı

Prezident İlham Əliyevin 16 dekabr 2019-cu il tarixdə təsdiqlədiyi Qanunla 2020-ci ilin əvvəlindən yaşa görə müavinət yaşının pensiya yaşı ilə eyniləşdirilməsi sosial təminat sisteminin əhatə dairəsinin daha da genişlənməsinə imkan verib.

Yenixeber.org: Bu barədə verilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bu ilin əvvəlinədək və cari ilin ötən dövründə pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan 11 min 200 şəxsə yeni qanunvericilik əsasında bu il yaşa görə müavinət təyin olunub.

Beləliklə, həmin vətəndaşlar yaşa görə müavinət hüququ qazanmaq üçün əvvəlki qanunvericilikdə nəzərdə tutulan yaş hədlərinə (qadınlar üçün 62, kişilər üçün 67 yaşı) çatmalarını gözləmədən onlara aylıq sosial ödəniş təyin olunub.

Ümumilikdə, bu ilin 1 may tarixinə ötən ilin müvafiq dövrünə nisbətən 33 min 500 nəfər və ya 55,4 faiz çox olmaqla 94 mindən çox şəxs yaşa görə müavinət alır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam