Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazim İbrahimovdan “Azərros” açıqlaması

 

“Biz xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının daxili məsələlərlə bağlı qəbul etdiyi qərarlara müdaxilə etmirik”.

"Xeberinfo.com":  Məlumata görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Moskvada fəaliyyət göstərən “Azərros” Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyətinin növbədənkənar qurultayı və orada qəbul olunmuş qərarlar barədə Trend-in sorğusuna cavabında deyib.

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan diaspor təşkilatları xarici ölkələrdə qeydiyyatdan keçmiş ictimai təşkilatlar kimi müstəqil fəaliyyət göstərir və Komitə həmin qurumların daxili məsələlərinə hər hansı müdaxilə etmir:

“Təşkilatlarda baş verən daxili məsələlərə, xüsusilə də seçki proseslərinə qarışmırıq, bu barədə rəy bildirməyimiz də doğru olmaz. Bizim üçün vacib prinsip bu təşkilatların və onlara rəhbərlik edən şəxslərin Azərbaycan xalqının maraqlarına xidmət etmələri, Azərbaycan dövlətçiliyinə sadiq olmalarıdır”.

N.İbrahimovun sözlərinə görə, Azərbaycan dövləti, dövlətçiliyi ətrafında sıx birləşən hər bir təşkilatla əməkdaşlıq edilir və belə təşkilatların fəaliyyəti hər zaman Azərbaycan dövləti tərəfindən dəstəklənir.

Qeyd edək ki, yanvarın 17-də Moskvada “Azərros” Federal Milli Mədəni Muxtariyyətinin növbədənkənar qurultayı keçirilib. Qurultayda təşkilatın prezidenti Asif Məhərrəmov istefaya göndərilib, Abbas Abbasovun rəhbərlik etdiyi Ağsaqallar Şurası isə ləğv edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam