Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda 200 avtobusda arakəsmələr quraşdırılıb - RƏSMİ

COVİD-19 virusuna qarşı mübarizə məqsədilə paytaxtın ictimai nəqliyyat sistemində qabaqlayıcı tədbirlər davam etdirilir.

 

Yenixeber.org: Bu çərçivədə avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf arakəsmələrin quraşdıdılmasına başlanılıb.

 

Artıq 200 avtobusda bu cür arakəsmələrin quraşdırılması təmin edilib.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, quraşdırma işləri əsasən axşam saatlarında avtobuslar qaraja qayıtdıqdan sonra həyata keçirilir:

 

"Həmçinin bildiririk ki, sərnişindaşımalara cəlb edilən 553 avtobusda isrehsalçı tərəfindən müvafiq standartlara uyğun sürücü kabinləri mövcuddur. Bunlar əsasən “BakuBus” və “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan avtobuslardır. Avtobuslarla yanaşı taksi minik avtomobillərində də şəffaf arakəsmələrin quraşdıdılır. Ötən gün 300 taksi minik avtomobilində quraşdıma işləri yekunlaşıb. Koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərdən irəli gələn işləri icrası çərçivəsində maska taxılmasını, sosial məsafə saxlanılmasının və piyada gəzməyi təşviq edən maarifləndirici materiallar da hazırlanır. Həmin materiallar əsasən avtobuslarda, dayanacaq pavilyonlarında, nəqliyyat mübadilə mərkəzlərində yerləşdiriləcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam