Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şirvan icra hakimiyyəti KARANTİNdən belə qazanır - İlqar Abbasov saxtakarlıqlara və özbaşınalıqlara ya göz yumur yada ...-İDDİA

 

 Koronavirus infeksiyasının respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, həmin dövrdə işləməyən şəxslərə və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında yol verilmiş neqativ hallar bilinməkdədir.

Yenixeber.org: Redaksiyamıza verilən məlumata görə, Şirvan rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə hallar üzə çıxıb.

Belə ki, məlumata görə, Şirvan rayon İcra Hakimiyyəti başçısının kənd və qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndələri  vəzifə saxtakarlığı edərək aprelin 1-dən 29-dək olan müddətdə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən yüzlərlə nəfərə qanunsuz olaraq arayışlar verməsinə dair məlumatlar yer alır.

 Bundan başqa Şirvan rayon İcra Hakimiyyəti başçısının  kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələri növbəti dəfə saxtakarlıq edərək, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Heydər Əliyev Fondu tərəfindən aprelin 23-də göndərilmiş ərzaq yardımını imkansız ailələrə deyil yaxın qohumları və kəndin imkanlı şəxslərinə paylaması müəyyən edildiyi deyilir..

Qeyd edək ki,Şirvan  rayonundada, Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarına cavabdeh vəzifə sahibi olan icra başçısı İlqar Abbasov iddia olunan saxtakarlıqlara və özbaşınalıqlara ya göz yumur yada ...(ixa.az)

Mövzu diqqətimizdədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam