Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nizami rayonunda - aztəminatlı ailələrə ərzaq yardımı edilir

 

Nizami rayonunda koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri davam etdirilir, aztəminatlı ailələrə ərzaq yardımı edilir

Yenixeber.org: Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə 10 aprel 2020-ci il tarixində Qara Qaraev prospektli, Bəkir Çobanzadə və Elşən Süleymanov küçələri kommunal texnikalar vasitəsilə xüsusi məhlulla yuyulub.

Bundan əlavə, inzibati binaların ətrafı, yaşayış binalarının həyətləri, blokları və pilləkən qəfəsələri, lift kabinələri, məişət tullantıları üçün konteynerlər zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qruplar tərəfindən dezinfeksiya edilib.

Qeyd edək ki, rayon ərazisində dezinfeksiya işləri qrafikə uyğun olaraq hər gün aparılır.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilməklə yanaşı, həssas əhali qruplarının – şəhid və aztəminatlı ailələrin, əlillərin, tənha qocaların sosial müdafiəsi də diqqət mərkəzində saxlanılır.

Ölkədə elan olunan xüsusi karantin rejimində bu kateqoriyadan olan rayon sakinlərinin ehtiyaclarının qismən ödənilməsi məqsədilə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 100 ailəyə ərzaq yardımı edilib.

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam