Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Almaniyada “Mühacir alveri”nin qurbanı olan azərbaycanlı ailə deportasiya ediləcək

Almaniyada saxta sənədlə qaçqın statusu alan azərbaycanlı “Mühacir alveri” qurbanlarının işinə yenidən baxılır.

Yenixeber.org: Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinin (BAMF) iddiası ilə ilk məhkəmə prosesi Bonn şəhər İdarə Məhkəməsində keçirilib. 2015-ci ildə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyən 5 nəfərdən ibarət azərbaycanlı ailəyə verilmiş qaçqın statusu ləğv edilib.

BAMF azərbaycanlı ailə ilə bağlı verdiyi qərarda göstərib ki, sığınacaq ərizəsində qeyd edilən sübutlar həqiqəti əks etdirmir. Məhkəmə araşdırması zamanı məlum olub ki, Almaniyaya gəlməmişdən qabaq Azərbaycanda heç bir siyasi partiyanın üzvü olmayıb, təzyiq və təqibə məruz qalmayıblar.

Onlar Almaniyaya gələndən sonra guya təzyiq və təqib olunmaları ilə bağlı saxta sənədləri hazırda “mühacir alveri” işi ilə bağlı saxlanılan Azərbaycan vətəndaşından pul qarşılığında alıblar.

Federal məhkəmə təqdim olunan bütün sənədləri araşdırdıqdan sonra yekun qərar olaraq azərbaycanlı ailənin qaçqın statusunun ləğvi və ölkədən çıxarılması ilə bağlı qərar verib.

Almaniya koronavirus pandemiyası səbəbindən sığınacaq axtranların deportasiyası ilə bağlı prosedurları həyata keçirə bilmədiyindən, azərbaycanlı ailənin ölkədən çıxarılaması qeyri-müəyyən vaxta təxirə salınıb.

Məlumat üçün bildirək ki, 2019-cu ilin noyabr ayında Almaniyanın 6 əyalətində aralarında Azərbaycan vətəndaşlarının da olduğu “mühacir alveri” ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıb. Onlarla bağlı məhkəmə prosesi hələ də davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam