Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“O CİNAYƏTİ NAHAQDAN TÖRƏTMƏMİŞDİM”

 

Şəmkirin keçmiş icra başçısı, kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirli bilinən Lamiyə Quliyevanın işi üzrə Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçirilib. Hakim Qədim Babayevin sədrliyilə keçirilən məhkəmə prosesində Lamiyə Quliyeva da iştirak edib. O, prosesə 4 aylıq oğlu ilə birlikdə qatılıb.
"Xeberinfo.com":  Məlumata görə, bu məhkəmə prosesi Lamiyə Quliyevanın törətdiyi qətlə görə cəzasının başa çatmasına az qalmış onun barəsində Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsilə çıxarılmış hökm üzrə keçirilir. Xətai Rayon Məhkəməsinin 2010-cu ilin avqustunda çıxardığı hökmə əsasən Lamiyə Quliyevaya daha 5 il 6 həbs cəzası verilib. Ruslan Aslanovun qətlinə görə 2003-cü ildən həbsdə olan Lamiyə Quliyevanın ötən ilin oktyabrında həbsxanada uşaq dünyaya gətirməsi xəbəri təxminən ay yarım əvvəldən başlayaraq mətbuatın müzakirə mövzusuna çevriləndən sonra Baş Prokurorluq Xətai Rayon Məhkəməsinin sözügedən hökmündən apellyasiya protesti verdi. Baş prokurorun müavini apellyasiya protestində cəzanın ağırlığını vurğulayaraq, hökmün dəyişdirilməsini istəyib.
Məhkəmənin ilkin baxış iclasında Lamiyə Quliyeva, vəkili Fəxrəddin Mehdiyevlə yanaşı, iş üzrə zərərçəkmiş qismində tanınan Aysel Ağayeva, onun nümayəndəsi Sücəddin Hacıbalayev də iştirak edirdi.
Qeyd edək ki, Aysel Ağayeva qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində nəzarətçi işləyib. Cinayət işinin materiallarında Lamiyə Quliyevanın nəzarətçini çayniklə vurduğu iddia olunur. Məlumata görə, Aysel Ağayeva cəzaçəkmə müəssisəsindən çıxarılıb. Özü də dünənki məhkəmə iclasında bildirdi ki, hazırda özəl şirkətdə çalışır. O eyni zamanda, apellyasiya protestinin surətini almadığından, sənədlə tanış olmadığını, məhkəmə barədə isə telefon zəngi vasitəsilə xəbər tutduğunu deyib.
“Bizə protesin surəti göndərilməyib. Telefonla bizi çağırıblar, gəlmişik. Hiyə gəlmişik, hansı səbəbdən gəlmişik – bilmirik. Xahiş edirik, bizə imkan verin, apellyasiya protesti ilə tanış olaq, fikrimizi bildirək”, – deyə Ağayevanın nümayəndəsi bildirib.
Musavat.comun məlumatın görə, hakim elə iclasda apellyasiya protestini zərərçəkmiş və nümayəndəsinə təqdim edib.Bundan sonra Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev bir sıra vəsatətlər qaldırıb. Vəkil məhkəmə prosesində iştirak edən media nümayəndələrinə foto və video çəkiliş aparmağa icazə verilməsini istəyib: “Bilirsiniz ki, Lamiyə Quliyeva ətrafında baş verənlər ictimai maraq kəsb edir. Xahiş edirik, jurnalistlərin bu məsələni obyektiv işıqlandırmasına şərait yaradasınız, onların foto və video çəkilin aparmasına icazə verəsiniz”.
Hakim Qədim Babayev vəsatəti təmin etməyib: “Çəkilişə zərurət yoxdur”.
Vəkilin digər vəsatəti prosesin qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsi haqda olub. Fəxrəddin Mehdiyev bildirib ki, prokurorluq cəzanın ağırlığını əsas gətirərək, hökmün dəyişdirilməsini istəyib. Onlar isə ümumiyyətlə, bu cinayət işi üzrə Lamiyə Quliyevaya bəraət verilməsini istəyirlər: “Bu məhkəmə Lamiyə Quliyevanın uzunmüddətli məhkumluq həyatına son qoyulmasına şərait yarada bilər. Lamiyə Quliyevanın barəsində 317-ci maddə üzrə bəraət hökmü çıxarılmalıdır. Bu ittiham əsasında Xətai Rayon Məhkəməsinin çıxardığı hökm tamamilə əsassızdır, bir nəfərin ziddiyyətli ifadələrindən başqa heç bir sübuta söykənmir. Təsəvvür edin, həmin iş üzrə əvvəlcə Xətai Rayon Prokurorluğunda CM-nin 221.2-ci maddəsilə cinayət işi başlanıb, daha sonra cəzanın ağırlaşdırılması baxımından 221.3-cü maddəyə keçiriblər. Sonra da ümumiyyətlə, 317.2-ci maddə ilə ittiham irəli sürüblər və bununla da hökm çıxarıblar. Lamiyə Quliyevanın həmin hökmdən apellyasiya şikayəti vermək hüququ məhdudlaşdırılıb. Şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair Xətai Rayon Məhkəməsinə verdiyi ərizə də təmin olunmayıb. Həmin qərardan verilən apellyasiya şikayəti də rədd edilib. Lamiyə Quliyevanın 2003-cü ildə birinci cinayəti üzrə ona verilmiş 10 il azadlıqdan məhrumetmə cəzası 2013-cü ildə başa çatıb. 2010-cu ildə CM-nin 317-ci maddəsilə hökm çıxarılarkən əvvəlki cinayət üzrə qalmış müddət də hesablanıb və birləşdirilərək 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bununla da kifayətlənməyərək, sonradan 2013-cü ildə CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə yeni bir ittiham irəli sürülüb. Birinci instansiya məhkəməsi həmin ittiham üzrə Lamiyə Quliyevaya bəraət verib. Lakin prokurorluq bəraət hökmündən Bakı Apellyasiya Məhkəməsinə protest verib. Apellyasiya məhkəməsi protesti təmin edib və Lamiyə Quliyevaya daha altı 6 il 6 ay əlavə cəza təyin edib. Həmin qərardan Ali Məhkəməyə verdiyimiz kassasiya şikayəti təmin olundu və birinci instansiya məhkəməsinin bəraət hökmü qüvvədə saxlanıldı. Yəni, bunlar Lamiyə Quliyevanın başına gələnlərdir.
CM-nin 317-ci maddəsi üzrə çıxarılmış hökmə baxandan ziddiyyətlərdən başqa bir şey görmək mümkün deyil. Lamiyə Quliyevanın təqsirsizlik prezumpsiyası açıq-aşkar pozulub. Ona görə də xahiş edirəm, müəyyən məsələlərə aydınlıq gətirilməsi üçün apellyasiya baxışı məhkəmə istintaqı aparılmaqla keçirilsin”.
Fəxrəddin Mehdiyev eyni zamanda, Lamiyə Quliyevanın barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət qaldırıb: “Özünüz də görürsünüz ki, məhkəmə zalında körpə uşaqla necə əziyyət çəkir. Həbs şəraitində uşağı saxlamaq çətindir. Xahiş edirəm, ali humanizm prinsiplərini rəhbər tutaraq, onun barəsində həbs-qətimkan tədbiri başqa bir qətimkan tədbirilə əvəz edəsiniz”.
Lamiyə Quliyevanın vəkilinin qaldırdığı vəsatətlərə münasibəti belə olub: “Mən artıq anayam, övladımı azadlıqda böyütmək, ona azadlıqda normal tərbiyə vermək istəyirəm. İstəmirəm ki, mənim kimi həbsxanada böyüsün. Mən elədiyim əmələ görə çox peşmanam. O əməli mən azyaşlı olanda törətmişəm. O zaman cəmi 15 yaşım vardı. Bütün həyatım, gəncliyim məhv oldu. Doğrudur, peşmanam, amma mən o cinayəti nahaqdan törətməmişdim. Bütün həyatımı məhv elədi… Övladıma gəlincə, mən 17 il “srok” altında ana olmaq qərarı verdim. Xahiş edirəm, cəmiyyət məni qınamasın. Məni həyat, ayrı-ayrı insanlar buna məcbur elədi. Dövlət orqanlarından, prezidentdən xahiş edirəm… (bu yerdə Lamiyə Quliyeva hönkürərək ağlayır-red.) mənim 15 yaşımdan cəza çəkdiyimi nəzərə alaraq, buraxsınlar. Mən çox yorulmuşam…”
Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror Abbas Abbasov, eləcə də zərərçəkmişin nümayəndəsi Sücəddin Hacıbalayev prosesin məhkəmə istintaqı aparılmadan keçirilməsini istədi. Zərərçəkmişlər Lamiyə Quliyevanın həbsdən buraxılmasına etiraz etməsə də, prokuror bu vəsatətin də əleyhinə oldu.
Məhkəmə qısa müşavirədən sonra vəsatətlərin heç birinin təmin olunmadığı haqda qərarı elan etdi.
İş üzrə məhkəmə baxışı fevralın 20-nə təyin olundu.
Onu da qeyd edək ki, Lamiyə Quliyeva məhkəmə zalından çıxarılarkən onu müdafiə edənlərə minnətdarlığını bildirdi: “Ədalətli insanların hər birinə minnətdaram”.

83668Məhkəmədən sonra ANS-ə danışan Lamiyə Quliyeva isə bir çox məsələlərə aydınlıq gətirib. Özündən siyasi silah kimi istifadə olunmasını söyləyən məhbus qadın ANS-in xüsusi əməkdaşına gündəmi zəbt edən həbsxanada dünyaya gətirdiyi uşağından söhbət açıb.“Mən artıq anayam, övladım var. İstəməzdim ki, o da burada mənim kimi məhbus həyatı yaşasın. Artıq bir yaşında onun hər şeyi dərk edən bir vaxtı olacaq. O, hələ heç nə bilmir, hər şeydən xəbərsizdir. Körpəm 4 aylıqdır. İstərdim ki, o, hər şeyi dərk edən bir vaxtda azadlıqda olsun”, – deyə Lamiyə Quliyeva bildirib.

a9c1eb21a82effa6643fb1494c5963d31e211fe180b072141953946476f1765b3ac066ce98a52455d0a7d914fa0a633b1eb5e6faf32a661e548df30f3644ea7fc9feb8f7de3b272ee96d9f071dd5ff76230f24f0


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam