Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Əsabil Qasımov oğlunu deputat seçdirmək istəyir

 

Biznesmen-deputat seçki marafonundan geri çəkilir

"Xeberinfo.com":  Məlumata görə, 79 saylı İmişli seçki dairəsindən Milli Məclisin deputatı Əsabil Qasımov bu ilin noyabrında keçiriləcək parlament seçkilərində iştirak etməyəcək. O, qarşıdakı seçkilərdə özünün deyil, oğlu Taleh Qasımovun deputat seçilməsinə nail olmaq istəyir.

Bununla bağlı informasiya Editor.az-a deputata yaxın mənbələrdən daxil olub.

Mənbənin sözlərinə görə, biznesmen-deputat oğlunun hansı dairədən namizəd olacağını yəqinləşdirməsə də, güman ki, bu Sumqayıtdakı dairələrdən biri olacaq:

“Əsabil Qasımov beş ilə yaxındır deputat kimi fəaliyyət götərsə də, indiyə qədər nə Milli Məclisin plenar, nə də komitə iclaslarında bircə dəfə olsun çıxış etməyib. Qanunvericilik təşəbbüslərinin irəli sürülməsində və parlamentin beynəlxalq əlaqələrinin qurulmasında hər hansı təşəbbüs və aktivliyi olmayıb. İctimaiyyətə qapalı olan deputat seçicilərlə də sıx təmas yaratmayıb. Digər yandan rəsmi olaraq sahibkarlıq fəaliyyəti ilə də məşğul ola bilmir. Bu səbəbdən o, qarşıdakı seçkilərdə öz namizədliyini irəli sürmək niyyətində deyil. Amma oğlunun, “Karat Holdinq”in baş direktoru Taleh Qasımovun deputat seçilməsinə çalışır. Bununla bağlı danışıqlara da başlayıb”.

Xatırladaq ki, Əsabil Qasımovun sahibi olduğu “Karat Holdinq”in tərkibinə – Karat MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri); Azinvest Tikinti Şirkəti; Everest-M, Şin Servis (armatur alğı-satqısı); Karmen MMC (dəyirman və un alğı-satqısı); Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki; ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); Gəncə Fatoğlu (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki Marina Plaza oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri Səməd Vurğun küçəsində Ağ Saray Binası; Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi, 61-də yerləşən “Premium Market” daxildir.

Oğlu Taleh Qasımova gəldikdə isə o, atası deputat seçildikdən sonra “Karat Holdinq”ə rəhbərlik edir və ali təhsilini Avropa dövlətlərindən birində alıb.

Editor.az-ın əməkdaşı məsələyə Milli Məclisin deputatı Əsabil Qasımovun mövqeyini öyrənmək istəsə də, hər dəfə olduğu kimi, bu dəfə də deputat telefona cavab verməyib.

Editor.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam