Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Millət vəkili daha bir sahəni inhisara alır

 

Əsabil Qasımov Hökməlidə buraxdığı kisələri sahibkarlara zorla satdırır

"Xeberinfo.com":  Məlumata görə, Qanun məmur və deputatlara sahibklarlıq fəaliyyəti ilə məşğul olmağı qəti şəkildə qadağan etsə də, bəzi deputatlar hələ də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda davam edir.

Milli Məclisin biznesmen-deputatları arasında lider mövqeyində dayanan, müxtəlif istehsal və tikinti şirkətlərinə faktiki rəhbərlik edən Əsabil Qasımov yeni bir sahəni inhisara alır.

Bununla bağlı informasiya məlumatlı mənbələrdən daxil olub.

Mənbəmizin sözlərinə görə, deputata məxsus, rəsmi sahibi oğlu Taleh Qasımov olan “Karat Holdinq” Hökməlidə yerləşən Kisə zavodunun məhsullarını zorla satdırır: “Əsabil Qasımov deputat əlaqələrindən və şəxsi nüfuzundan istifadə edib, müxtəlif sahibkarlara təzyiq edir. Onlara açıq şəkildə deyilir ki, Hökməli Kisə zavodunun istehsal etdiyi məhsulları almalısınız. Hətta vəziyyət o qədər dramatik xarakter alıb ki, xarici ölkələrdən Azərbaycana kisə bağlamada olan məhsullar gətirən şirkətlər də kisələri dəyişdirməyə, biznesmen-deputatın məhsulllarından almağa təhrik edilir”.

Məsələyə Əsabil Qasımovun öz münasibətini öyrənmək istəsək də, o, bu dəfə də ənənəvi taktikasına sadiq alıb, telefon zənglərini cavabsız qoydu.

Xatırladaq ki, Əsabil Qasımovun sahibi olduğu, rəsmi olaraq oğlu Taleh Qasımov tərəfindən idarə edilən “Karat Holdinq”ə Karat” MTK, “İdeal” MMC, “İzmir” MMC (tikinti şirkətləri); “Azinvest” tikinti şirkəti; “Everest-M”, “Şin Servis” (armatur alğı-satqısı); “Karmen” MMC (dəyirman və un alqı-satqısı); Hökməlidə makaron fabriki; Hökməlidə kisə fabriki; “ASTEL” MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda quşçuluq fabrikləri); taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); “Gəncə Fatoğlu” (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki “Marina Plaza” oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri, Səməd Vurğun küçəsində “Ağ saray” binası; Bakı şəhəri, Xan Şuşinski küçəsi, 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi, 21 və Süleyman Rüstəm küçəsi, 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi, 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina; Süleyman Rüstəm küçəsi 61-də yerləşən “Premium Market” və s. daxildir.

Editor.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam