Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tibbi maskaların bahalaşmasının səbəbi açıqlandı

 
Son günlər Azərbaycanda tibbi maskaların qiymətinin bahalaşması ilə bağlı məlumatlara rəsmi şəkildə aydınlıq gətirilib.
Yenixeber.org:  İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən  bildirilib ki, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək.

“Son zamanlar dünyada tibbi maskalara tələbat artıb. Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib”, - deyə nazirlik bəyan edib.

Qeyd edək ki, qonşu İranda koronavirusun aşkarlanması ilə əlaqədar Azərbaycanda tibbi maskalara təlabat artıb. Bəzi apteklərdə əvvəl bir ədədi 10 qəpiyə satılan maskalar hazırda müştərilərə 30-40 qəpiyə təklif edilir. Bir çox yerlərdə isə maskaların bitdiyi, anbarlarda qalmadığı deyilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam