Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rayonlardakı xəstəxanalarda -tibb fakültələri açılacaq

 

"Bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələrin açılması üçün təkliflər layihəsi hazırlanır və sənəd hökumətə təqdim olunacaq". 

Yenixeber.org:  Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı təhlillər aparılır: "Səhiyyə Nazirliyi ilə rezidenturanı bitirib bölgələrə təyinat alan həkimlərin regionlarda ən azı 3 il çalışması məsələsi ilə bağlı danışıqlar aparılır".

Z.Əliyev qeyd edib ki, regionlara həkimləri ezam etmək niyyətindədilər: "Bununla da regionlarda olan həkim çatışmazlığını qısa müddətdə aradan qaldırmaq istəyirik. Xaricdə, xüsusilə Türkiyədə oxuyan tələbələri regionlara səfərbər etmək istəyirik. Həmin tələbələrlə danışıqlar gedir, həvəsləndirmə tədbirləri də görüləcək. Məncə, onların da buna maraqları var".

Sədr onu da əlavə edib ki, regionlarda həkim məntəqələrinin vəziyyəti ürəkaçan deyil: "Bunu bilirik. Lakin bizim səlahiyyətimiz məhduddur. Yerlərdə həkim kadr çatışmazlığı var, avadanlıqlar yetərli səviyyədə deyil. Həkimlərin bəziləri düzgün müalicə-müayinə aparmaqda çətinlik çəkirlər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam