Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İcra başçısının qohumu İranda həbs edilib?

 

Astara rayon icra hakimiyyətinin başçısının adı olduqca ilginc qalmaqalda hallandırılır.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mötəbər mənbə informasiya verib.

Bilgili qaynağın iddialarına görə, Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə yaxın olan şəxs bu günlərdə İran İslam Respublikasında həbs olunub. 

«Ona qarşı İİR-in gömrük polisi tərəfindən qaçaqmalçılıq və narkotik daşımaçılığı ittihamları irəli sürülməklə yanaşı, onun üzərindən külli miqdarda qadağan olunmuş preparatlar götürüb» deyən məlumatlı mənbə dia.az-a açıqlamasında onu da bildirib ki, yalnız icra başçısının müdaxiləsindən sonra Qəzənfər Ağayevə yaxın olan şəxs müvəqqəti olaraq sərbəst buraxılıb: «Amma onun İran ərazisində bəlli bir məntəqədən çıxmasına qadağa qoyulub».

Mənbə bildirir ki, Qəzənfər Ağayev bu olayın ictimailəşməməsi üçün dəridən-qabıqdan çıxır: «Çünki bu hadisə təftiş olunarsa, çox ciddi ittihamlar icra başçısının ünvanına yönələ bilər ki, bu da ona təkcə məmur karyerasını bitirmək hesabına başa gəlməyəcək, həm də daha böyük təhlükələrin hədəfinə çevrilə bilər».

Qarşı tərəfi də dinləməyə hazırıq…

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam