Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Çingiz Qənizadə Ağdaşa başçı getmək istəyir, amma... - rayon camaatı ETİRAZ EDİR

 

Çingiz Qənizadə Ağdaşa başçı getmək istəyir, amma... -

Sabiq deputat Çingiz Qənizadə doğma rayonu olan Ağdaşa icra başçısı getmək istəyir.

Yenixeber.org: Bu barədə sosial şəbəkələrdə gedən müzakirələrə istinadən xəbər verir. Daha doğrusu, Ağdaşdan olan sosial şəbəkə istifadəçiləri Ç.Qənizadənin belə bir istəyi olduğunu bildiriblər və qeyd ediblər ki, rayon əhalisi buna razı deyil: "Çingiz Qənizadə parlament seçkilərində bir dəfə Ağdaşdan namizəd olub, amma camaat onu seçməyib. Sonra özü də başa düşdü ki, bu rayonda insanların ona etimadı yoxdur, ona görə də getdi başqa dairədən namizəd oldu. İndi də çalışır ki, rayona icra başçısı gəlsin. Düzdür, rayon camaatı hazırkı başçı Tofiq İbrahimovdan da narazıdır, amma Çingiz Qənizadəni də istəmirlər. Onun rayonda reputasiyası çox pisdir. Yaxınlarda qardaşının və qohumlarının borc qalmaqalı da lap pis təəssürat yaratdı insanlarda. Əgər o, rayona başçı gəlsə böyük narazılıqla qarşılanacaq".
Qeyd edək ki, Ç.Qənizadə 2005-ci ildə 90 saylı Ağdaş seçki dairəsindən parlamentə namizədliyini versə də, səs toplaya bilməyib. 2010-cu ildə isə o, yenə səs almayacağını bildiyi üçün tamamilə yad bir ərazidən - 80 saylı İmişli-Beyləqan seçki dairəsindən seçkilərə qatılıb. Dar çevrədə özünün də etiraf etdiyi kimi, Prezidentin sabiq köməkçisi Əli Həsənovun "məsləhəti" ilə iki dəfə (2010 və 2015-ci illərdə) həmin dairədən deputat "seçilib".
Xatırladaq ki, son dövrlər deputatların icra başçısı təyin edilməsi gündəmdədir. Elşad Həsənov Yasamal, Rüstəm Xəlilov isə Yasamal rayonlarına icra başçısı təyin edilib.(afn)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam