Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Müştərini yolda qoyan qanunsuz anlaşma: - Taksi şirkətlərində operatorlarla sürücülər arasında gizli razılıq

 

Son zamanlar Bakıda taksi xidmətləri ilə məşğul olan şirkətlərin tətbiq etdiyi tariflərində artım müşahidə olunur.

Yenixeber.org: Bundan əlavə fərqli taksi şirkətləri sərnişinləri eyni məsafəyə fərqli qiymətlərə çatdırır.

Məsələn, “Əhmədli” metrostansiyasının yanından Tbilisi prospektində yerləşən “Çıraq Plaza”nın yanına qədər olan məsafəyə çatdırma qiymətləri ilə fərqlidir.

*9111 - Ekonom taksi xidməti həmin məsafəyə 7.50 manat, *9933 – “Salam” taksi şirkəti 6.20 manat, 158 taksi şirkəti 6.90 manat, *8555 – “Ailə” taksi şirkəti 6.35 manat, *9333- “Bumerang” taksi 8 manat gedişhaqqı təklif edib.

Nəqliyyat eksperti Elməddin Muradlı müxtəlif taksi xidməti şirkətlərinin eyni məsafəyə çatdırılma üçün fərqli qiymətlər təklif etməsinin səbəbini Cebhe.info-ya açıqlayıb:

“Taksi şirkətlərinin qiymət məsələsində vahid bir standart yoxdur. Ona görə taksi şirkətləri qiymət məsələsinə necə istəyirlərsə, elə də yanaşırlar. Bu yanaşma da ortaya ziddiyyətli məsələlər çıxarır. Hal-hazırda onlarlarla taksi şirkətləri fəaliyyət göstərir ki, bunların da məsələyə yanaşması və iş prinsipi fərqlidir. Bəzi şirkətlərin yaxşı imkanları var. Onlar guya başqa şirkətlərlə rəqabət aparırmış kimi və müştəri cəlb etmək adı altında düşünülmüş şəkildə qiymətləri aşağı salır. Ona görə də bu şirkətlərlə digər taksi şirkətlərinin qiyməti arasında diqqətə çarpacaq dərəcədə fərq yaranır. Amma bu sağlam rəqabət deyil. Ona görə də Milli Məclisdə millət vəkilləri həmişə bu məsələyə toxunaraq təklif edirlər ki, Rəqabət Məcəlləsi qəbul olunsun. Bu sağlam olmayan rəqabət nəticəsində bəzi taksi şirkətləri bağlanır və sonda bundan zərər çəkənlər taksi sürücüləri olur. Çünki şirkətin bağlanması nəticəsində sürücülər işsiz qalırlar. Bunun qarşısı alınmalıdır. Yəni, qiymətləri nə çox ucuz etmək lazımdır, nə də çox baha”

Ekspert standart qiymətlər müəyyən etməyin həlli yollarını da göstərib:

“Dünyanın bir çox ölkələrində vahid qiymətlər müəyyənləşdirilir və taksometrlər quraşdırılır. Taksometr qiymətləri özü hesablayır və həm sürücü, həm də sərnişin razı qalır. Çünki taksometrlər kilometrə uyğun pul yazır. Sadəcə, bu cihazlar bir az baha olduğu üçün taksi sürücüləri ala bilmir. Yaxşı olardı ki, fəaliyyət göstərən taksi şirkətləri sürücü ilə müqavilə bağlansın ki, məsələn, 3 illlik mənimlə işləyəcəksən, mən də taksometri sənə hədiyyə edəcəyəm. Ya da dövlət tərəfindən həmin taksometrlər alınıb ucuz qiymətə kredit şəklində satıla bilər. Şirkətlər də buna uyğun işlərini qururlar. Bildiyim qədər bizdə “London” taksilərində bu taksometrlər var”.

E. Muradlı taksi şirkətlərində baş verən qanunsuz razılaşmalardan və taksilər gec gəlmə səbəblərindən də danışıb:

“Bundan başqa taksi şirkətlərində operatorlar sürücüyə gizli şəkildə təklif edir ki, sən mənə aylıq pul ver, mən sənə çox müştəri yönləndirim. Bu hal da həmin şirkətin digər taksi sürücülərini pis vəziyyətdə qoyur. Pul verməyən taksi sürücüləri oturub axşama qədər müştəri gözləməli olur. Digər tərəfdən, sifarişçi uzun müddət sifariş etdiyi taksini gözləyir. Bəzən sifariş edilən taksilər onlardan qeyri-qanuni şəkildə pul tələb edilməsindən şikayət edə bilmir”. (cebhe.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam