Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Ekspertin cibinə pul qoyurlar ki, meyiti yarmasın" - Tahir Kərimli

"Ekspertin cibinə pul qoyurlar ki, meyiti yarmasın" - Tahir Kərimli
“Azərbaycanda bir çox ölüm hadisələri baş verir. Adət-ənənə, müsəlmançılıq nəzərə alınmaqla 99 faiz halda meyit yarılmır və akt tərtib olunur ki, guya yarılıb. Əvəzində meyit yarılmadan ekspertin cibinə pul qoyulur ki, “çox sağol, az-çox sən bunu etdin”. Ona görə də bu sahədə korrupsiya var”.
Yenixeber.org: Bunu deputat Tahir Kərimli “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, heç bir müstəntiq və ya məhkəmə meyitin yarılmasının zəruri şərtlərini irəli qoymur: “Bütün hallarda ölüm hadisələrində tələb qoyulur ki, meyit mütləq şəkildə yarılmalı və daxili müayinə olunmalıdır. İnsanın əzizi rəhmətə gedir, şokdadır. Amma bilmir bu dərdi çəksin, yoxsa kimsə gəlib deyir ki, meyit yarılmalıdır onu düşünsün. İnsanlar bundan olduqca narahat olur. Ona görə də qeyri-hüquqi və psixoloji məsələlər ortaya çıxır. Cərəyan vurulması və ya suda boğulma halları üçün niyə meyit yarılmalıdır? Axı səbəb bəllidir. Ən dəhşətli fakt isə ölüm şəhadətnaməsinin alınması ilə bağlıdır. Həm vətəndaşların narazılığını, həm korrupsiya hallarını, həm də vaxt itkisini aradan qaldırmaq üçün bu məsələni də həll etmək lazımdır. Ancaq dövlət məhkəmə ekspertlərinin rəyini qəbul edirlər. Əgər özəl məhkəmə ekspertizası yaradılmasını istəyiriksə, niyə onlara hər hansı funksiya və səlahiyyət verməyək?!”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam