Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dayanacaqlara pulsuz "WI-FI" quraşdırılacaq

 

“Bu ilin mart ayında Bakı şəhərinin bütün dayanacaqlarının pulsuz internetlə təmin olunması başa çatdırılacaq”.

"Xeberinfo.com":  Məlumata görə, bunu açıqlamasında Nəqliyyat Nazirliyi Mətbuat katibliyinin müdiri Namiq Həsənov deyib. Onun sözlərinə görə, I Avropa Oyunları ilə bağlı Nəqliyyat Nazirliyi üzərinə düşən bütün işləri may ayına qədər yekunlaşdıracaq: “Bütün sahələr üzrə hazırlıq prosesi gedir. İctimai nəqliyyatda kart sistemi, yollar və nəqliyyatla bağlı bütün məsələləri həll edib təvhil verməliyik. Pulsuz Wi-Fi sisteminin quraşdırılması ilə bağlı elə bir çətinlik yoxdur. Texniki məsələlər artıq həll olunub, onun reallaşdırılması qalıb. Mart ayından sonra onun istifadəsinə başlanılacaq. Həm də mart ayında ictimai nəqliyyatda kart sisteminin tətbiqini sona çatdırmalıyıq. Demək olar ki, hər iki məsələ eyni vaxta təsadüf edəcək”.

Nazirlik rəsmisi bildirib ki, dayanacaqlarda quraşdırılacaq Wi-Fi sistemi dünya standartlarına cavab verəcək və yüksək sürətli olacaq: “Avropa Oyunları başa çatdıqdan sonra da vətəndaşların dayanacaqlardakı Wi-Fi sistemindən istifadəsi istisna edilmir".

azvision.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam