Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra başçısının Pirverdiyevlə şərikli qoyun sürüsü var

 

Qusarın icra başçısı Şair Alxasovla «Azerenerji» ASC-nin prezidenti Etibar Pirverdiyevin şərik olduğuna dair məlumat ortaya çıxıb
"Xeberinfo.com":  Məlumata görə, icra başçısı bir neçə ilə yaxındır şəriki olduğu ASC rəhbəri ilə bir sıra ortaq biznes və fermer sahələri qurub.
Həmin xəbərdə deyilir ki, Pirverdiyevlə ortaqlıq məsələsi otlaq sahələrindən başlayıb. Belə ki, ASC rəhbərinə məxsus qoyun sürülərinin yaylaq kimi istifadə etməsi üçün otlaq sahələri lazım olub. Və Qusarda bunun üçün yetərli qədər imkanın olduğu dəqiqləşdirilib. Qısa danışıqlardan sonra razılaşma əldə edilib və rayondakı bütün otlaq sahələri və yaylaqlar «Azərenerji» prezidentinin adamlarına satılıb. 
Məlumata görə, bu sahələrin satışına Pirverdiyevin 1 milyon dollara qədər pul xərcləyib. Lakin Qusarın icra başçısı Şair Alxasov bununla kifayətlənməyib, onunla şərikli qoyun sürüləri saxlamağı da razılaşdırmağı bacarıb. 
İddia edilir ki, şəriklərin üst-üstə 100 min baş xırda buynuzlu heyvanı var. Və onlar yaylaq kimi Qusarın otlaqlarından istifadə edirlər. Qışlaq yeri isə Neftçala və Kürdəmir ərazilərində alınmış torpaq sahələrindən ibarətdir(jam.az). 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam