Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Etibar Pirverdiyevin Qusardakı biznesi təhlükə altındadır

 

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyev artıq əvvəlki nüfuzunu itirib. Cəmiyyət sədrinin əsas səlahiyyətlərinin əlindən alınması bunun bariz göstəricisidir. Bir vaxtlar ölkəmizin enerji sektorunda böyük paya sahib olan məmur yavaş-yavaş bu imkanlardan məhrum edilir.

"Xeberinfo.com":   Onun yuxarıların hədəfinə çevrilməsi nəzarəti altındakı şimal rayonlarına da öz təsirini göstərməkdədir. Heç kimə sirr deyil ki, şimal rayonlarının bir neçəsi, o cümlədən Qusar Etibar Pirverdiyevin kurasiyasındadır. Rayonun icra başçısı Şair Alxasovun onun adamı olması haqda mətbuatda dəfələrlə informasiya verilib. Öz növbəsində yerli sakinlər isə icra başçısının hüquq normalarına uyğun gəlməyən əməllərinə etiraz olaraq müxtəlif dövlət qurumlarına müraciətlər ediblər: "İnsanların burada çörək qazanacağına ümid yeri olmadığından rayonda bir bədbinlik hiss olunur. İnsanlar çörək pulu dalınca Rusiya bazarlarına axışır. Qusarda dolanışıq üçün mənbə yoxdur. İcra başçısı camaatın problemləri ilə maraqlanmır. Əksinə, rayonun mərkəzi parkında özünə restoran tikdirib. Kəndlilər torpaq sahələrini, örüşləri itirir, səfalı yerlər əllərindən alınır. Mal-qara otarmağa yer qalmayıb. Əhali əkdiyi məhsuldan da xeyir götürə bilmir. Həftələrlə su olmur. Məhsul yanıb zay olur. İcra başçısı Şair Alxasov yerli adam olsa da, onun başı Qusardakı kommersiya fəaliyyətinə qarışıb. Onun rayon ərazisində müxtəlif obyektləri var. Əsas gəlir qaynaqları restoranlar, istirahət mərkəzləri, fermer təsərrüfatları və böyük super-marketlərdən ibarətdir. Ancaq bu biznes təkcə icra başçısına məxsus deyil. "Azərenerji" ASC-nin sədri də rayonda biznes imkanlarına sahibdir. Məsələn, Laza kəndindən yuxarıda yerləşən "Suvar" istirahət mərkəzi məmurun nəzarəti altında fəaliyyət göstərir. Ərazi hər tərəfdən dəniz səviyyəsindən 1850 mhündürlükdə olan dağlarla əhatə olunub. Bu obyekt qış və yay turizmi üçün çox əlverişlidir. Mövsüm ərzində istirahət mərkəzinə yüzlərlə xarici və yerli turist gəlir. Bunun nəticəsində böyük miqdarda qazanc əldə olunur. Məmurun rayon ərazisindəki obyektlərinin sayı çoxdur. Bunlardan biri də Əniğ kəndində, Şahdağın ətəyində yerləşən "Park Qusar" istirahət mərkəzidir. Kompleksdə qonaqların istirahəti üçün hər cür şərait yaradılıb. Vaxtilə buranın tikintisinə bir neçə milyon sərf olunub. Tikinti zamanı yüzlərlə çoxillik ağac məhv edilib. Etibar Pirverdiyev hər yay bura gəlib istirahət edir. Amma baş verən son hadisələrdən, yəni sədrin səlahiyyətlərinin müəyyən hissəsini itirməsindən sonra durum xeyli dəyişib. Qusar və digər şimal rayonları getdikcə "Azərenerji" rəhbərinin nəzarətindən çıxır. Bunu görən yüksək rütbəli məmurlardan biri şimal rayonlarına sahiblənmək uğrunda gizli mübarizəyə başlayıb. Bu məqsədlə ASC sədrinin barəsində lazımi bilgiləri yuxarılara çatdırır". Məlumatda deyilir ki, Pirverdiyevin biznes səltənəti əsasən Qusar rayonunda cəmləşdiyindən həmin məmur ilk növbədə bu rayonda qələbə qazanmaq niyyətindədir: "Deyilənə görə, məsələdən agah olan ölkənin baş energetiki rayondakı biznes obyektlərini satmaq qərarına gəlib. Əgər o cəld tərpənməsə, bəlkə də həmin istirahət mərkəzlərini itirəcək. Hazırda yuxarılarda onun rəhbəri olduğu qurumun ləğvi məsələsi gündəmə qoyulub. Çox güman ki, "Azərenerji" ASC-də də struktur islahatları aparılacaq. Belə olsa, sədrin həbsi və əmlakının müsadirəsi məsələsi ciddiləşə bilər". 

 

Dia.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam