Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Evlərə görə vergi dəyişildi

 

2015-ci ildən etibarən Azərbaycanda əmlak və torpaq vergilərinin dərəcələri və hesablanma qaydaları dəyişdirilib. 

"Xeberinfo.com":  Məlumata görə, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, artıq verginin məbləği əmlakın qiymətindən yox, ölçülərindən asılı olacaq.

Yeni qaydalarda yaşayış sahələri üçün ayrıca vergitutma mexanimzləri nəzərdə tutulub. Belə ki, mənzilin sahəsi 30 kvadratmetrdən aşağı olan əmlak sahibləri əmlak vergisi ödəməyəcəklər. Əmlak vergisi mənzilin 30 kvadratmetrdən artıq olan hissəsinə görə hesablanacaq.

Amma verginin məbləği regionlardan asılı olaraq dəyişəcək. Belə ki, 30 kvadratmetrdən artıq hər 1 m2-i üçün vergi Bakıda 40 qəpik, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda 30 qəpik, digər şəhər və rayon mərkəzlərində 20 qəpik olacaq. Kənd və qəsəbələrdə, o cümlədən kiçik yaşayış məntəqələrində isə evin hər kvadratmetrindən 10 qəpik tutulacaq (30 kvadratmetrdən artıq).

Bakının özündə də vergi fərqli olacaq. Məcəlləyə edilən dəyişikliklər nəticəsində əmlak vergisinin məbləği nəinki əmlakın hansı regionlarda yerləşməsini, hətta paytaxtın mərkəzində və ya kənarında yerləşməsini də nəzərə alacaq. Belə ki, Bakının ayrı-ayrı ərazilərində əmlak vergisinin dərəcəsi fərqli olacaq. Paytaxtdakı əmlakdan vergilərin hesablanması üçün 0,7-dən 1,5-ə qədər dəyişə bilən əlavə əmsal tətbiq edilə bilər.

Başqa sözlə, Bakıdakı əmlak sahibləri üçün verginin məbləği hər m2 üçün 28 qəpikdən 60 qəpiyə qədər dəyişəcək. Yəni əmlak vergisinin məbləği indiyə qədər mənzil-istismar idarələrinə ödənilən məbləğ qədər olacaq. Sadəcə gələn ilin əvvəlində verginin ödənilməsi səlahiyyəti daşınmaz əmlakın yerləşdiyi ərazinin yerli özünü idarəetmə oqranlarına (bələdiyyələrə) veriləcək (fins.az). 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam