Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Yeni tariflər qüvvəyə mindi

 

Nazirlər Kabineti fiziki şəxslərin əmlak vergisi üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsalları təsdiq edib. Bu barədə Vergilər Nazirliyinin məlumatında qeyd edilir.
"Xeberinfo.com":  Nazirlər Kabinetinin qərarı ilə Bakının ərazisi 12 zonaya bölünüb, bundan asılı olaraq 0,7-dən 1,5-dək əmsallardan istifadə olunur.
Vergilər Nazirliyinin saytı məlumat verir ki, şəhərin hər bir zonasının hüdudları müəyyən edilib.
Birinci zona Əl Oyunları sarayından R.Zorge küçəsinə qədər ərazini, sonuncu, 14-cü zona Qaradağ, Sabunçu və Xəzər rayonlarını əhatə edir.
Yeni qaydalar yanvarın 1-dən qüvvəyə minib. Keçid (http://www.taxes.gov.az/uploads/qanun/2015/nk/06042015elave.pdf).
Əgər əvvəllər vergi binanın inventor qiymətinindən tutulurdusa, indi proqressiv vergi tətbiq edilir. Aztəminatlılar vergidən azaddır – 30 kv m qədər oaln əmlaka görə vergi ödənilmir.
Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, Bakıda 30 kv m-dən çox mənzilin 1 kv m-ə 40 qəpik, Abşeron, Gəncə və Sumqayıtda 30 qəpik, respublika tabeliyində olan başqa rayon və şəhərlərdə 20 qəpik, digər şəhər, qəsəbə və kəndlərdə (Bakı, Abşeron və Sumqayıtın kənd və qəsəbələri istisna) 10 qəpikdir.
Bundan başqa, dəyişikliklər vətəndaşların bağ sahələri və sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyətyanı sahələrinə görə vergi dərəcələrini müəyyən edir.
Bakı və şəhərətrafı qəsəbələrdə ikinci kateqoriya üçün – bir hektara qədər hər 100 kvadrat metrə görə 10 manat, bir hektardan artıq olduqda – 20 manatdır. Gəncə, Sumqayıt, Xırdalan şəhərlərində və Abşeron rayonunda müvafiq olaraq 8 və 16 manat. Digər şəhər və rayon mərkəzlərində 4 və 8 manat, digər yaşayış məntəqələrində isə 2 və 4 manat. Birinci kateqoriya üçün tarifflər müvafiq olaraq 0,6 və 1,2, 0,5 və 1, 0,3 və 0,6, 0,1 və 0,2 manatdır. Əvvəllər əmlak vergisini bələdiyyələr yığırdı, ancaq onlar vəzifələrinin öhdəsindən gələ bilmirdi, çünki binanın inventar qiyməti müəyyən edilməmişdi. İndi fiziki şəxslərin yerli vergiləri mərkəzləşdirilib və banklar, poçt şöbələri və nağdsız ödəniş üçün e-terminallar vasitəsilə həyata keçirilir. /”Turan”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam