Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paytaxtda Novruz yarmarkaları davam edir

 

Paytaxtda Novruz yarmarkaları davam edir
Bakıda Novruz bayramı ilə əlaqədar təşkil olunmuş kənd təsərrüfatı yarmarkaları davam edir.
Yenixeber.org: Məlumata görə, oaytaxtın 14 ünvanında keçirilən yarmarkalarda müxtəlif rayonlardan gətirilən çoxlu çeşiddə məhsullar əhaliyə ucuz qiymətə əhaliyə təklif olunur. Bakı şəhər İcra Hakimiyyəti, yerli icra hakimiyyəti strukturları və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarmarkalar üçün müasir standartlara uyğun qapalı məkanlar ayrılıb. 

Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxsləri gün ərzində paytaxtda təşkil olunan yarmarkalara baş çəkib, yaradılan şəraitlə maraqlanıblar. Nazirliyin Aparat rəhbəri Aqil Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, yarmarkaların keçirilməsində məqsəd Novruz bayramı ərəfəsində məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaqdır: “Yarmarkalara fermerlər və qida istehsalçıları öz məhsullarını çıxarıblar. Apardığımız müşahidələr göstərir ki, yarmarkalardakı məhsulların qiymətləri bazardakı qiymətlərdən xeyli aşağıdır. Qiymətlərin ucuz olmasına səbəb fermerlərin öz məhsullarını vasitəçilər olmadan birbaşa satışa çıxarmasıdır. Kənd Təsərrüfatı Nazirliyi yarmarkalarda iştirak etmək istəyən fermerlərin məhsullarının paytaxta çatdırılmasında nəqliyyat baxımından kömək edir. Həmçinin yarmarkalarda iştirak pulsuzdur. Bu amillər bazara çıxarılan məhsulun maya dəyərinin aşağı olmasına gətirib çıxarır”. 

Aqil Quliyev əlavə edib ki, Azərbaycan Milli Elmlər Akademiyası binasının qarşısındakı parkda yerləşən yarmarka martın 21-dək alıcıların ixtiyarında olacaq. Paytaxtdakı digər satış yarmarkaları isə həftə sonu, həmçinin 16-21 mart tarixlərində fasiləsiz fəaliyyət göstərəcəklər. 

Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkaları aşağıdakı ünvanlarda keçirilir. 

Binəqədi rayonu 

7-ci mikrorayon, Kunanbayev küçəsi 

Xətai rayonu 

Məzahir Rüstəmov küçəsinin Sarayevo və Çirvani küçələri ilə kəsişməsi 

Qaradağ rayonu 

Lökbatan qəsəbəsi, 28 may küçəsi, Olimpiya İdman bazasının qarşısı 

Nəsimi rayonu 

3-cü mikrorayon, Seyid Cəfər Pişəvəri küçəsi, 2a 

Nərimanov rayonu 

Fətəli xan Xoyski küçəsi, Qələbə meydanı 

Pirallahı rayonu 

Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, 14 nömrəli evin qarşısındakı qeyri-yaşayış obyekti 

Sabunçu rayonu 

Bakıxanov qəsəbəsi, M. Fətəliyev küçəsi, 72 

Suraxanı rayonu 

Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V" yaşayış sahəsi, "Günəş" ticarət mərkəzi 

Xəzər rayonu 

Mərdəkan qəsəbəsi, S. Yesenin küçəsi, döngə 2 

Yasamal rayonu 

Hüseyn Cavid prospekti, AMEA-nın qarşısındakı park 

Nizami rayonu 

Cəmşid Naxçıvanski küçəsi, 74, 8-ci kilometr yarmarkası 
Qara Qarayev prospekti, 55/57 ünvanın qarşısı, "Orbita" ticarət mərkəzinin avtomobil dayanacağı 

Səbail rayonu 

Seyran Məmmədov küçəsi, 6 
Nizami küçəsi, 154, "Landmark" mehmanxanasının yanı 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam