Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Sərhəd Hərəkatının 25 illiyi keçirildi

 

"Xeberinfo.com":   27 dekabr 2014-cü il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Sərhəd Hərəkatının 25 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi. Bayram tədbirində hərəkatın canlı iştirakçıları, ziyalılar, Azərbaycanın güneyindən və avropadan gələn qonaqlar iştirak edirdilər

 

Tədbir Azərbaycanın dövlət himni ilə başladı. Tədbiri giriş sözü ilə açan BAO başqanı Zahir Əlisoy təşrif buyuranların hər birinə təşəkkürünü bildirdi: “Öncə hər birinizin bayramını təbrik edirəm. Bütöv Azərbaycan  uğrunda aparılan mübarizədə hər birinizə uğurlar arzulayıram. Bu günkü tədbirimizdə güneyli soydaşlarımız da iştirak edir. Ən böyük alqış onlara düşür”.

 

 

Sonra 1989-cu il Sərhəd hərəkatı haqqında BAO gənclərinin hazırladığı musiqili videoçarx nümayiş etdirildi.

Ardınca hərəkatın canlı iştirakçılarına söz verildi. Onlar tədbir iştirakçıları ilə öz xatirələrini bölüşdülər. 

Çıxış üçün ilk söz sərhəd hərəkatının fəal iştirakçısı olmuş Nəcəfalı Cahangirliyəverildi: “Hörmətli xanımlar və bəylər, bayramınız mübarək olsun. 1989 –cu ilin dekabr ayı tariximizə qızıl hərflərlə düşüb. O zaman bu hadisələrin baş verməsinin səbəbi xalqın birliyi idi. “Sərhəd hərəkatı” milli azadlıq hərəkatının tərkib hissəsi idi. Bildiyimiz kimi 1828-ci ilin fevralın 10-da Təbriz yaxınlığındakı Türkmənçay kəndində Rusiya ilə İran arasında Azərbaycan xalqının iki yerə bölünməşsi ilə nəticələnən müqavilə imzalandı. O zamandan xalqımızın başına olmazın müsinbətlər gəlməyə başladı. Dədə-baba torpaqlarımıza ermənilərin kütləvi şəkildıə köçürülməsi planlı olaraq həyata keçirildi. Azərbaycan torpaqları üzərində Ermənistan dövləti yaradıldı. 1957-ci ildə Sovet-İran sərhədinə tikanlı məftillər çəkildı. Bundan sonra şimalla cənub arasında bütün əlaqələr kəsildi. Ayrılıq həsrəti insanların ürəyində dərin yara açdı.  Bu ədalətsizliyə son qoymaq lazım idi. Belə bir vəziyyətdə 1989-cu ildə Sərhəd Hərəkatı başladı. Həmin il dekabrın 1-də sərhəd boyu ərazilərədə çadırlar quruldu. Məqsədimiz tikanlı məftilləri qırıb-atmaq, ayrılığa və həsrətə son qoymaq idi. Sərhədin açılmasının iqtisadi əhəmiyyəti də böyük idi. Azərbaycan və SSRİ hökumətindən sərhədi açmağı tələb etdik və bir ay müddət qoyduq. Demək olar ki, həmin dövrdə hər gün mitinq keçirilirdi. Bütün xalq iştirak edirdi. Nəticədə qalib gəldik. Bizə çox təzyiqlər oldu. Amma mübarizəmizdən dönmədik. Dekabrin 31-i saat 12:00-da bütün sərhəd boyu tikanlı məftillər sökülməyə başladı. Sonra Beyləqan, Cəlilabadda da sərhədlər söküldü. Bu tariximizə şanlı hərəkatlardan biri kimi düşdü. Azərbaycan Parlamentinin 25 dekabr 1991-ci il tarixli qərarı ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının həmrəylik günü kimi bayram elan edildi. Sonralar bu istiqamətdə atılan ən böyük addımlardan biri rəhmətlik Elçibəyin yaratdığı Bütöv Azərbaycan Birliyi oldu. Biz bolşevizm meyillərindən uzaq olmalıyıq. Bütövlüyümz uğrunda mübarizə birlikdən keçir. Xalqıma birlik arzulayıram”.

Ardınca çıxış üçün söz “Sərhəd hərəkatı”nın fəal iştirakçılarından olmuş Asəf Quliyevə verildi. O hərəkatın başlama səbəblərindən danışdı: “Berlin divarının sökülməsi ölkəmizdə yeni hərəkatın başlamasına təkan verdi. Sərhədin sökülməsi qərarı mitinqdə verildi. Əvvəldən razılaşdırılmamışdı. Qərarımıza rəhmətlik Elçibəy də razılıq vermişdi. Dekabrın 30-da Afiyəddin Cəlilov xəbər göndərmişdi ki, sərhədi əsgərlər sökəcək, siz qarışmayın. Biz onlarla razılaşmadıq. İstəklərimiz hər şeyə üstün gəlirdi.. …Ümidini Avropa dikməklə, millətə sahib çıxmaq olmaz. Milləti sevmək lazımdır. Təəssüflər olsun ki, Elçibəyin yolunu çoxumuz davam etdirə bilmirik. Elçibəydə millət sevgisi var idi”.

Daha sonra söz Qarabağ qazisi Vaqif Əlisoya verildi. Vaqif bəy o zaman Cəbrayılda   baş verən hadisələri iştirakçıların diqqətinə çatdırdı: “Hərəkat baş verən zaman məlumatları bütün rayon əhlinə çatdırdım. Fəxr edirdik ki, o zaman ölkəmizin on minlərlə ziyalısı proseslərin önündə gedirdi. Bu gün Xalq Cəbhəsinin üzvü olmasam da, mən yenə Elçibəy yolunun   davamçısıyam. Bir müddət partiyanın Cəbrayıl RT-nın sədri olmuşam. Bununla qürur duyuram. Bundan sonra da daim torpaqlarımız uğrunda mübarizə aparmağa hazıram. Tanrı bizə uğurlu illər bəxş eləsin”.

Tədbirdə Güney Azərbaycandan gələn şair Huşəng Cəfəri çıxış edərək, şeir söylədi.

Ardınca daha bir güneyli soydaşımıza söz verildi. Bu uzun müddət fars zindanlarında məhbəs həyatı yaşayan xanəndə Həsən Dəmirçi idi. O, çıxışında Bakıda olduğuna görə çox sevindiyini və Bütöv Azərbaycan uğrunda aparılan mübarizənin daim önündə olacağını bildirdi. Daha sonra o, təsnif və muğam ifa etdi.

DAK-ın daimi üzvü, hərəkat iştirakçılarından biri Əjdər Tağızadənin çıxışı zalda alqışlarla qarşılanıb. O , çıxışının sonuna qədər bozqurd işarəsi tutdu: “Mənə deyirlər ki, hər yerdə Elçibəyin adını çəkirsən. Hətta deyirlər ki, Heydər Əliyevi hakimiyyətə o gətirib. Xeyr belə deyil. O günlərin hamısı yadımızdadır. Mən dövlətçilik tanıyıram. İqtidar-müxalifət mənlik deyil. Rəsulzadə və Elçibəydən bizə bir irs qalıb. Bu türk davasıdır. Ermənilər torpaqlarımızı işğal ediblər. Demək məğlub olmuşuq. Çoxları bütöv olmaq uğrunda apardığımız mübarizəyə xor baxır. Davamız bütövlük uğrundadır. Həmrəyliyimiz Güneyin, Qarabağın azadlığında olmalıdır.  Türk torpaqları əldən getmək üzrədir. Türkiyəni kürdlər əlimizdən almaq üzrədir. Amma buna baxmayaraq, bəzi insanlar ulu öndərlərimizi ləkələməklə məşğuldurlar. Buna imkan verməməliyik”.

Tədbirdə çıxış edən hərəkat fəallarından Ramiz Tağiyev və b. sərhəd hadisələrinin bəzilərinin iddia etdiyi kimi o vaxtkı hakimiyyət orqanları tərəfindən yox, xalqın özü tərəfindən təşkil olunduğunu və bunu sübut edən kifayət qədər faktların və arxiv materiallarının olduğunu bildirdilər.

Tədbirdə həmçinin AXP sədri Pənah Hüseyn, BAO Mərkəzi Şurasının üzvləriFaiq Ələkbəriov, Dilavər Əzimli, Bəxtiyar Tuncay və b. mövzu ətrafında çıxış etdilər.  Sonda BAO üzvü Aşıq Məhərrəm Hüseynli sazla aşıq mahnısı ifa edərək tədbirə yekun vurdu.

 

 

BAO İnformasiya Xidməti


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam