Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

“Məhəmməd Əmin Rəsulzadə və Bütöv Azərbaycan”

 

“Bu gün milli respublikaların rus imperiyasından ayrılmış olmasının da, Rusiya Federasiyası tərkibində türk respublikalarının olmasının da səbəbkarı M.Ə.Rəsulzadədir”.

"Xeberinfo.com":  24 yanvar 2015-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “Məhəmməd Əmin Rəsulzadə və Bütöv Azərbaycan” mövzusunda geniş elmi-praktik konfrans keçirildı. Tədbiri giriş sözü ilə açan BAO başqanı Zahir Əlisoy dövlət himni oxunduqdan sonra tədbir iştijrakçılarını 20 yanvar şəhidlərinin xatirəsi üçün sayğı diuruşuna dəvət etdi. Z.Əlisoy  mövcud milli problemlərimizdən danışdı: “Artıq Borçalıya şəxsi maşınla getmək mümkün deyil, özünü islam dövləti adlandıran İran rejim Allahın qanunlarını pozur,  Güneydə

soydaşlarımızın milli haqları pozulur. Nə qədər ki, Bütöv Azərbaycan qurulmayıb, çatışmazlıqlarımız olacaq, bizim bir hədəfimiz var, o da Bütöv Azərbaycan qurmaqdır”.

Məruzə üçün ilk söz Rəsulzadə irsinin araşdırıcısı, BAO Mərkəzi Şurasının üzvü Faiq Ələkbərova verildi: “Hər bir vətəndaş yaşadığı məmləkətin dilini, mədəniyyətini sevməlidir. Azərbaycan Cümhuriyyətinin qurulması millətə yenidən can verdi. Düzdür o dövdə Qacarlar dövləti də türk dövləti idi, XIX əsrin əvvəllərindəki müharibələr də Rus-İran yox, Rus-Qacar müharibələri idi. Qacarlar bu müharibələrdə məğlub olmuşdu və cümhuriyyət qurulan dövrdə türklükdən xeyli uzaqlaşmışdı. Cümhuriyyətə Azərbaycan adı verilməklə əslində Güney və Quzey Azərbaycan

düşüncədə bütövləşdirildi. ...Bəlkə də bu gün əfsanə kimi görünür, amma Bütöv Azərbaycan mütləq qurulacaq”.

Tədqiqatçı, BAO Mərkəzi Şurasının üzvü Yasəmən Qaraqoyunlu M.Ə.Rəsulzadənin mübarizə yolundan danışdı: “Rəsulzadənin siyasi fəaliyyəti 1902-ci ildə Müsəlman Gənclər Təşkilatı qurması ilə başlayır. Sonra o Məşrutə

hərəkatında fəal iştirak edir. Bu hərəkat İranın bütövlüyünü qorumaqla bir yeniləşmə, konstitusiyalı monarxiya hərəkatı idi. Rəsuzadə Türkiyəyə getdikdən sonra türkçü ideyalarla çıxış etməyə başlamışdır. Burada Ş.C.Əfqaninin əsərlərinin ona böyük təsiri olmuşdur. O, həm Çar Rusiyasına, həm faaşizmə, həm komunizmə, həm də liberalizmə qarşı mübarizə aparmışdır. O, bu gün də bizim üçün çox əhəmiyyətli olan solidarizm ideyasını irəli sürmüşdür”.

VHP sədri Sabir Rüstəmxanlı Qarabağ müharibəsindən sonra KİV-də milli dəyərlərimizə, tarixi şəxsiyyətlərimizə  qarşı müharibə elan olunduğunu vurğuladı: “18-ci ildə Azərbaycan sözü ilə vətən bütövləşdirildi. Azərbaycan

tarixində 5 dahi varsa biri M.Ə.Rəsulzadədir, biri varsa o da Rəsulzadədir.Bu gün milli respublikaların rus imperiyasından ayrılmış olmasının da, Rusiya Federasiyası tərkibində türk respublikalarının olmasının da səbəbkarı M.Ə.Rəsulzadədir”.

Müsavat başqanı Arif Hacılı öz çıxışında qeyd etdi ki,  Bütöv Azərbaycan ideyası romantik arzu kimi yox, real milli ideya kimi təbliğ olunmalıdır. “Cümhuriyyət qurulandan cəmi bir il öncə də cümhuriyyət qurulmasına inanmırdılar. Bugün Azərbaycan ərazisinin yalnız 10 faizində dövlət qurulub, xalqımızın yalnız 1/6-i bu dövlətdə yaşayır. M.Ə.Rəsulzadə, həm müsavat partiyasının, həm də milli ideologiyamız olan müsavatçılığın qurucusudur. Başqa ideologiya axtarmaq lazım deyil”.

BAO Mərkəzi Şurasının üzvü Aydın Mədətoğlu Azərbaycan Cünhuriyyətinin türk tarixindəki əhəmiyyətini qeyd etdi: “Göy Türk dövləti istisna olmaqlala bütün tarixən türk dövlətləri qəbilə və tayfanın adı ilə adlandırılırdılar. Azərbaycan Cümhuriyyəti qurulandan sonra isə türk dövlətləri artıq ərazinin və ya xalqın adı ilə adlandırılmağa başladı”. A.Mədətoğlu çıxışının sonunda M.Şəhriyarın Azərbaycan şeirini oxudu.

Milli fikir Hərəkatının rəhbəri Şəhriyar Məcidzadə tənqidi çıxış etdi:Bizə şəxsiyyətlər yox, ideya lazımdır. Şəxsiyyətləri qabartmaq bütpərəsliklə nəticələnir.  Tarix yalnız öyrənmək üçündür. Səhvlərimizi bilib daha düzgün yol tutmalıyıq. Hər yerdə gənclərə yer verilməlidir, bu işi gənclər aparacaq. Bütöv Azərbaycana xəritə çəkməklə yox, güclü dövlətçiliklə nail ola bilərik”.

Tədbirdə həmçinin M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə,    BAO Mərkəzi Şurasının üzvləri Rüfət Muradlı, Dilavər Əzimli, Paşa Oğuz və b. mövzu ətrafında öz fikirlərini bölüşdülər.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam