Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yəhudi əsilli Milli Qəhrəmanımız -Bu gün onun doğum günüdür

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

- Adın nədir sənin?

- Albert.

- Albert hansı millətin nümayəndəsisən?

- Yəhudi.

- Yəhudilərə Azərbaycan torpağını qorumağı nə məcbur edir?

- Mən bu torpağda yaşayıram,doğulmuşam burda, yaşayıram da burda.Ayrı heç nə məcbur eləmir.

-Bir vətəndaş kimi öz borcunu nədə görürsən?

-Gəlib torpağı qorumaqda...

-Nə qədər qalmaq fikrin var?

-Müharibənin axırına kimi... 

Yenixeber.org:Məlumata görə, Albert Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib.Albertlə eyni vaxtda döyüşmüş keçmiş tabor komandiri Hacı Əzimov Milli Qəhrəmanla bağlı xatirələrini bölüşərkən bildirib ki, Albert Aqarunov orduya gələn zaman 21-22 yaşı var idi:” Sovet vaxtı Gürcüstanın Axalkalaki tank diviziyasında qulluq edib. Milli Ordu yarananda, tankçı dəstələr formalaşdırılarkən gəldi. 1991-ci ilin dekabrında. 1992-ci ilin aprelində biz onları Azərbaycanın 1-ci tankı ilə Şuşa şəhərinə göndərdik. Ermənilər onun başına külli miqdarda pul qoymuşdular. Taktiki döyüşləri var idi, düşmənin bir texnikasını da boş buraxmırdı. Gülərüzlü, səmimi insan idi.Yəhudi əsilli olmasına baxmayaraq, Albert doğulub-böyüdüyü torpağı çox sevirdi”. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib. Buna görə döyüş yoldaşları tərəfindən "yəhudi buterburodu" adını alıb. Albert Qarabağ müharibəsində əfsanəyə çevirilmişdi. Onun şücaətindən danışmayan yox idi. O dövrdə hərkəs tankını Albert adlandırırdı. Ermənilər onun başına pul mükafatı qoymuşdular.

Albert Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Komandir Hacı Əzimovun

sözlərinə görə, Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxıb. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra şəhidlərə tərəf qaçır və meyitləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Yaşasaydı, doğmaları bu gün onun 50 illik yubileyini qeyd edərdilər. Allah rəhmət eləsin! 

 

Hazırladı: Əntiqə Rəşid


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam