İngiltərədə yaşayan 3 yaşlı Ofeliya adlı uşaq zəkası ilə hər kəsi heyran edir.

Yenixeber.org: Xarici KİV-lər xəbər verir ki, Ofeliya İQ testindən (intellekt əmsalı testi) 171 bal toplayaraq, hətta alman fiziki Albert Enşteyni də geridə qoyub. 

Uşağın anası bilidirib ki, o, ilk kəliməsini 8 ayında deyib. Daha sonra rəqəmləri, rəngləri, hətta hərfləri də sürətlə öyrənib və kitab oxumağa başlayıb.

Bunu görən ana övladının hansı intelektə sahib olduğunu öyrənmək üçün onu İQ testindən keçirib və Ofeliya ən yüksək nəticə göstərən uşaq olub.