Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qrip əleyhinə universal vaksinin yaradılması istiqamətində daha bir addım atılıb

Alimlər insanın hətta peyvənddən sonrakı immun sistemindən fərqli olaraq, virusun hər hansı ştammına reaksiya verə biləcək hüceyrələr aşkarlayıblar. Bu kəşf hər il yenilənməyə ehtiyacın olmadığı vaksinin işlənib hazırlanmasını bir addım da yaxınlaşdırır.

Yenixeber.org: Qrip virusları daim dəyişdiyindən, alimlər və həkimlər hər mövsümqabağı vaksinləri yeniləməyə, onlara hansı ştammları daxil etməyi fikirləşməyə məcburdurlar. "Telegraph" bu barədə yazır ki, avstraliyalı tədqiqatçılar geniş yayılan və təhlükəli olan xəstəliyə qarşı universal vaksini yaratmağa imkan verən mexanizm aşkarlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Piter Doerti adına İnfektologiya və İmmunitet İnstitutunu və Monaş Universitetini təmsil edən mütəxəssislər komandası insanları yoluxdurmaq qabiliyyətinə malik qripin bütün ştammları üçün səciyyəvi olan zülali qişalar sahəsini müəyyənləşdirib. Virusun az öyrənilmiş müxtəlif növlərinə xüsusi diqqət ayrılıb. Bu növlər tez-tez epidemiya əmələ gətirməsələr də, xüsusən uşaqlar üçün ölüm təhlükəsi daşıyır.

Sonra alimlər bu sahələrə reaksiya verən immun hüceyrələrini axtarmağa başlayıblar və bu hüceyrələrin T-killerlər olduğu müşahidə edilib.

Siçanlar və insanın ağciyərlərinin hüceyrələri üzərində aparılan eksperimentlər təsdiq edib ki, hüceyrələr virusun universal fraqmentinin iştirakı zamanı fəallaşır və növbəti zədələnmələrdə müdafiəni təmin edirlər.

Tədqiqatçılar hesab edirlər ki, bu kəşf qripin bütün ştammlarından birdəfəlik və uzunmüddətli müdafiəni təmin edən vaksinin işlənib hazırlanmasına imkan yaradacaqdır.

Daha əvvəl britaniyalı tədqiqatçılar hər hansı qrip epidemiyasının qarşısını ala biləcək üsulun işlənib hazırlanması barədə bildirmişdilər. Söhbət virusun müdafiə zülallarına təsir edən dərmandan gedir. Oksforddan olan tədqiqatçılar isə qrip təkamülünün riyazi modellərindən istifadə edərək, universal vaksin yaratmağa cəhd göstərirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam