Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Ebolanın 100 faiz effektli vaksini yaradıldı!

 

Xarici xəbər agentlikləri xəbər verirlər ki, VSV-EBOV vaksini Qvineyada aparılmış klinik sınaqlar zamanı Ebolaya qarşı 100 faiz effektlilik nümayiş etdirib. Bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya səhiyyə təşkilatının (ÜST) baş direktor müavini Mari-Pol Kini bəyan edib (Rosbalt).
"Xeberinfo.com":   «Biz güman edirik ki, dünya Eblaya qarşı effektli vaksin əldə etməyin astanasındadır… Tədqiqatlar hələ davam edir, amma ilkin testlərin nəticələri göstərib ki, vaksinasiyadan 10 gün keçəndəKütləvi istehsala keçməzdən əvvəl, vaksini qeydiyyata aldırmaq lazımdır. Dərmanın xarakteristikası və göstəriciləri (effektlilik üzrə) requlyatorlar tərəfindən qiymətləndirilməlidir. Bundan sonra onlar vaksinin təhlükəsizliyi və effektliliyi barədə qərar qəbul etməlidirlər. Onun istehsalına belə icazə verilir. Buna, günlər yox, həftələr, ən realı – aylar lazım gələcək»n sonrakı mərhələdə peyvənd almış 2014 nəfərin hələ heç birisi Ebolaya yoluxmayıb» – deyə, ÜST səlahiyyətlisi qeyd edib.
Kini əlavə edib ki, bu zaman 2380 nəfərdən ibarət nəzarət qrupundan olanlar arasında yalnız peyvənddən 3 həftə sonra 16 nəfər virusa yoluxub. Onun sözlərinə görə, VSV-UBOV vaksininin kütləvi istehsalı bir neçə həftə, hətta ay çəkəcək: «Kütləvi istehsala keçməzdən əvvəl, vaksini qeydiyyata aldırmaq lazımdır. Dərmanın xarakteristikası və göstəriciləri (effektlilik üzrə) requlyatorlar tərəfindən qiymətləndirilməlidir. Bundan sonra onlar vaksinin təhlükəsizliyi və effektliliyi barədə qərar qəbul etməlidirlər. Onun istehsalına belə icazə verilir. Buna, günlər yox, həftələr, ən realı – aylar lazım gələcək».
İlk olaraq, Ebolaya qarşı yeni dərmanla peyvəndi xəstəlikdən ən çox zərər çəkmiş ölkələrdə çalışan tibb işçiləri və volontyorlar alacaq.
Vezikulyar stomatit virusu əsasında yaradılmış və Ebola geninə daxil edilmiş VSV-EBOV vaksini Kanadada işlənib hazırlanıb, ancaq onun üzərində hüquq «NewLink Genetics» və «Merck Vaccines» Amerika şirkətlərinə məxsusdur. Vaksinin klinik sınaqlarının 3-cü mərhələsi Qvineyada keçib.

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam