Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“ELMED” TİBB MƏRKƏZİNİN QARANLIQ TƏRƏFLƏRİ…

 

 


Mərkəzə peşəkar həkim adı altında savadsız kadrlar cəlb olunur
Yenixeber.org: Paytaxtda özəl tibb ocaqlarının sayı gündən -günə çoxalır. Lakin özəl tibb müəssisələrinin əksəriyyətinin fəaliyyəti qənaətbəxş hesab olunmur.

Lakin qiymətlərə gəlincə isə od tutub yanır. Əksər özəl klinikalar vətəndaşların cibini soymaqla məşğuldur. Əvvəlcədən keyfiyyətli xidmətlərindən bəhs edərək xəstələri buna inandırırlar. Elə tibb müəssisəsi var ki, əvvəlcədən bildirir ki, müalicə effekt verməsə xəstəxanaya keçirdiyiniz pullar geri qaytarılacaq.

Lakin aparılan müalicənin nəticəsi olmadıqda isə başqa bəhanələr axtarmağa başlayırlar. Təki pulu xəstəyə qaytarmasınlar. Belə halda isə xəstə naümid şəkildə müalicəni dayandırır. Daha sonra digər özəl klinikalara üz tuturlar. Təəssüf ki, əksəriyyətində eyni vəziyyət hökm sürür.

Belə özəl klinikalardan biri də “Elmed” Tibb Mərkəzidir. Redaksiyamıza daxil olan məlumata görə, klinikada ciddi qanun pozuntuları hökm sürür.

Mənbə bildirir ki, Elmed Tibb Klinikasında savadlı kadrlar az saydadır. Orada çalışan həkimlər xəstələrin etibarından sui-istifadə edir. Göstərilən xidmət tətbiq olunan qiymətlərlə ziddiyyət təşkil edir. Demək olar ki, klinikada tətbiq olunan vəsait heç də hər kəsin cibinə uyğun deyil. “Elmed” Tibb Mərkəzi əsasən müştərilərini reklamlar vasitəsilə toplayır.

Lakin müştəri sonradan bu tibb ocağını seçdiyinə görə peşmanlıq hissi keçirir. İlk növbədə oradakı qiymətlər vətəndaşları narazı salan məqamlardan biridir. Kompüter tomoqrafiyası 25-250 manat arasında dəyişir. Cərrahi müdaxilə vacib olduğu təqdirdə bütün analizlər daxil olmaqla ödün çıxarılması 850-900 manat, daxili orqanlarda əməliyyat isə 1000-1300 manat təşkil edir.

Kiçik əməliyyat sayılan sünnət isə 100-200 manata başa gəlir. Klinika rəhbərləri isə qiymətlərin baha olmasına səbəb kimi avadanlıqları göstərirlər. Əslində, bu avadanlıqlar köhnəlmiş halda alınıb təzə adı ilə pasientlərə təqdim olunan alətlərdir.

Bundan başqa düzgün analiz etməsiylə bağlı şübhələr var. Sözügedən tibb ocağında vətəndaşlara tibbi xidmət göstərən zaman ciddi nöqsanlara yol verilir.

Qeyd edək ki, Binəqədi rayonunda yerləşən Elmed tibb mərkəzi Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyevə məxsusdur. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, icra hakiminin himayəsində olan tibb mərkəzində əhaliyə yüksək tibbi xidmət göstərilmir.

Sözügedən səhiyyə müəssisəsində pasiyentlərə qarşı münasibət heç də yaxşı deyil. Xüsusilə də tibb ocağının resepşn şöbəsində əyləşən xanımlar pasiyentlərə qarşı kobud rəftar edirlər. Baxmayaraq ki, xidmət haqqı həddindən artıq yüksəkdir, bununla belə xəstələrə qarşı qeyri-insani rəftar göstərirlər. Çox zaman bu cür qeyri-insani rəftarla rastlaşan xəstələr “Elmed” Tibb Mərkəzini tərk edirlər. Bu cür münasibətlə qarşılaşan xəstələr narazılıq bildirirlər. Lakin mərkəzin rəhbəri vətəndaşların narazılığına görə tibbi personalla bağlı heç bir ölçü götürmür.

Məlum olduğu kimi, SN xaricdən mütəxəssis dəvət olunmasına məhdudiyyətlər tətbiq edib. Nazirliyin açıqlamasında qeyd olunur ki, son zamanlar özəl tibb klinikaları tərəfindən dəvət olunan mütəxəssislərlə bağlı məlumatlar təqdim edilmir. Yəni nazirlik həmin mütəxəssisin ixtisası, elmi dərəcəsi, işlədiyi müəssisə, təcrübəsi haqqında məlumatlara malik deyil.

Azərbaycanda əsasən, İranlı həkimlərə daha çox müraciət olunur. İddialara görə, “Elmed” tibb mərkəzinə də xaricdən həkimlər dəvət edilir, amma bu fakt Səhiyyə Nazirliyi və Dövlət Miqrasiya Xidmətindən gizlədilir. Odur ki, Elmed tibb mərkəzində yoxlamaların aparılmasına zərurət var. Araşdırmalar aparılarsa, deyilənlərin həqiqət olduğu üzə çıxacaq.

Məsələ ilə bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.(Millətinsəsi.info)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam