Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İşsizliyə görə nə qədər müavinət ödənilib?

Yenixeber.org: 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2449 nəfərə işsizlikdən sığorta, 6331 nəfərə işsizlik müavinəti ödənilib.

2018-ci ilin əvvəlindən ölkəmizdə işsizlikdən sığorta sisteminin tətbiqinə başlanılıb. Müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işini itirmiş və aidiyyəti rayon (şəhər) Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslərə işsizlikdən sığorta ödənişi verilir. Ötən il işsizlik müavinəti ödənilənlər isə əvvəlki, yəni 2017-ci ildə həmin müavinət təyin edilmiş və müavinətin ödənişi 2018-ci ildə davam edən şəxslər olub.

Eyni zamanda, keçən il Xidmət 2559 nəfəri peşə hazırlığına cəlb edib. Onlardan 1447 nəfəri qadınlar, 1270 nəfəri gənclər, 215 nəfəri məcburi köçkünlər, 85 nəfəri əlilliyi olan şəxslər olub. Qeyd olunan dövrdə 118138 nəfər gənc isə peşəyönümü tədbirlərinə cəlb edilməklə, onlara əmək bazarında peşə və ixtisaslara olan tələbat, məşğulluq xidmətləri barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam