Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ötən il 51 774 nəfər şəxs işlə təmin edilib

Bu, 2017-ci ilə nisbətən 8,1% çoxdur.

Yenixeber.org: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 2018-ci ildə 51 774 nəfər işsiz və işaxtaran şəxsi münasib işlərlə təmin edib.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu da 2017-ci ilə nisbətən 8,1% çoxdur.

İşlə təmin edilənlərin 14700 nəfəri gənclər, 549 nəfəri əlilliyi olan şəxslər, 17879 nəfəri qadınlar, 2686 nəfəri məcburi köçkünlər və başqaları olub.

Ötən il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2017-ci illə müqayisədə 6,5 dəfə çox olmaqla 7896 nəfər təşkil edib. Onlardan biznes planlarını uğurla müdafiə edən 7267 nəfər proqramın iştirakçısı olub.

Həmin şəxslərdən 1309 nəfərini qadınlar, 1255 nəfərini məcburi köçkünlər, 816 nəfərini ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, 1026 nəfərini gənclər, 158 nəfərini şəhid ailəsi üzvləri, 913 nəfərini əlilliyi olan şəxslər və b. təşkil edilib.

Ötən il həmçinin dövlət məşğulluq orqanları tərəfindən 1022 nəfərin ödənişli ictimai işlərə cəlb edilməsi təmin olunub.

AzNews.az

image description

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam