Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha bir dərman qadağan olundu

4b84f4f8-6c91-46ed-a706-4f18a43735e6_292

 

Səhiyyə Nazirliyi daha bir dərman preparatının dövlət qeydiyyatını ləğv edib.
Xeberinfo.com:   Bu barədə nazirliyin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Məlumata görə, Alcon Pharmaceuticals LTD şirkətindən Səhiyyə Nazirliyinə daxil olan müraciətə əsaslanaraq, DV №14-00820 qeydiyyat vəsiqəli “Kvinaks” ticari adlı azapentacene polysulfonate sodium 0.15 mq/ml tərkibli göz damcısı 15 ml flakonda №1 dərman vasitəsinin dövlət qeydiyyatını ləğv edib.
Ərizəçi şirkətin müraciətində göstərilib ki, “Kvinaks” ticari adlı azapentacene polysulfonate sodium 0.15 mq/ml tərkibli göz damcısı 15 ml flakonda №1 dərman vasitəsinin konsentrasiyası zamanla azalır və bu hal yararlılıq müddəti ərzində dərman vasitəsinin keyfiyyətinə təsir edir. Şirkət bununla əlaqədar olaraq dərman vasitəsinin qeydiyyatda olduğu dövlətlərdən geri çağırılması və istehsalının dayandırlması barədə qərar qəbul edib.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, dərman vasitəsi Azərbaycan Respublikası Dərman vasitələrinin dövlət reyestrindən çıxarılıb və topdan və pərakəndə satış əczaçılıq müəssisələrindən geri çağırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam