Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda intihara sürükləyən dərmanlar satılır?

Azərbaycanda intihara sürükləyən dərmanlar satılır?

 

Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi qrip əleyhinə olan "Tamiflu" adlı dərmanı qəbul edən xəstələrdə "qəribə davranış"lar müşahidə etdiyindən həmin dərmanın uşaq və yeniyetmələr üçün istifadəsini məqbul saymır. Artıq bir neçə ildir ki, Yaponiyada "Tamiflu" həkimlər tərəfindən uşaqlara yazılmır

 

Yenixeber.org: Lakin indi Yaponiya nazirliyi belə hesab edir ki, "qəribə davranış"la əlaqədar risklər yalnız "Tamiflu"ya aid deyil. Qripə qarşı digər dərmanları - "Laninamivir", "Relenzu" ("Zanamivir") adlı dərman vasitələrini qəbul etmiş xəstələr, xüsusilə uşaqlarda da qeyri-adi hərəkətlər müşahidə edilir. Ötən il Yaponiyada nazirlik tərəfindən qrip əleyhinə dərmanlar qəbul etmiş şəxslərin, xüsusən uşaqlar və yeniyetmələrin qəfil həyəcanlanıb qaçmağa başlaması, pəncərədən tullanmağa cəhd etməsi ilə bağlı 54 fakt aşkarlanıb.

Yaponiyada narahatlığa səbəb olan bu dərmanlar Azərbaycanda istifadə edilirmi?

Oxu.Az xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, Almaniya, Fransa, İtaliya, ABŞ istehsalı olan "Tamiflu" adlı dərman vasitəsi ölkəyə idxal olunması və istifadə edilməsi üçün dövlət qeydiyyatından keçib: "Lakin Farmakonəzarət sektoruna bu dərman vasitəsi ilə əlaqədar şikayət daxil olmayıb. Bundan əlavə, Farmakonəzarət sektoru bütün dərman vasitələrinin təhlükəsizlik profilini və risk - fayda nisbətini nəzarətdə saxlayır".

Qripə qarşı istifadə edilən digər iki dərmana gəldikdə isə, mərkəzdən əlavə edilib ki, Azərbaycanda "Laninamivir", "Relenzu" ("Zanamivir") adlı dərman vasitələri dövlət qeydiyyatından keçməyib və onlar dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam