Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Diqqət: qanunsuz parklanma edən sürücülər… -Video

 

İnsan faktorunu minimuma endirmək, şəffaflığı təmin etmək məqsədilə BNA tam avtomatlaşdırılmış qanunsuz parklanmaya intellektual nəzarət sistemi yaradıb.

Yenixeber.org: Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması ilə bağlı xüsusi proqram təminatı olan planşetlər vasitəsi ilə dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tədbirlərin görülməsi təmin edilib.

Sistemin əsas komponenti olan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin (kameralar) quraşdırılması işləri isə intensiv şəkildə davam etdirilir. Həmçinin, intellektual nəzarət sistemindəki mövcud kameraların işi daha da təkmilləşdirilir.

BNA-dan bildirilib ki, artıq sistemə daxil olan kameraların olduğu küçə və prospektlərdə sürücülər nəqliyyat vasitələrini qadağan edilən yerdə park etdikləri zaman bu xəta dərhal qeydə alınır və qayda pozuntusunu təsdiq edən 4 ədəd fotoşəkil çəkilir. Sistemin digər bir özəlliyi isə qayda pozuntusuna dair video qeydiyyatın aparılması ilə bağlıdır. Bu da öz növbəsində, mübahisələndirmə halları olacağı təqdirdə qayda pozuntusunu sübuta yetirmək baxımından əhəmiyyətlidir.

Artıq paytaxtın əksər küçə və prospektlərində, xüsusən də hərəkətin intensiv olduğu, eyni zamanda, günün pik saatlarında sıxlıq müşahidə edilən yollarda qanunsuz parklanmaya nəzarət sistemləri fəaliyyət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam