Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Baş gömrükçülər qan verdi

Qan nümunələri talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

 

Yenixeber.org: Dekabrın 13-də Dövlət Gömrük Komitəsi və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə Bakı Baş Gömrük İdarəsində könüllü qanvermə aksiyası keçirilib. Heydər Əliyev Fondunun ideya rəhbərliyi altında keçirilən aksiyada Bakı Baş Gömrük İdarəsinin 50-dən çox əməkdaşı iştirak edib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Bahadur Eyvazov adına Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra gömrükçülərdən qan götürüblər.

Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

Qeyd edək ki, bu cür aksiyalar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına dəstək məqsədilə irsi qan xəstəliklərindən əziyyət çəkən insanların qana olan təlabatını ödəmək üçün təşkil olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam