Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

Bulvar İdarəsi müsabiqə keçirir

Bulvar İdarəsi müsabiqə keçirir

Dənizkənarı Bulvar İdarəsi fotomüsabiqəyə start verir.

Yenixeber.org: İdarədən  verilən məlumata görə, müsabiqə ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Bakı Bulvarına Dənizkənarı Milk Park statusunun verilməsinin 20 illiyinə həsr olunub. "Dənizkənarı Milli Park fotoqrafların gözü ilə" fotomüsabiqəsinə bu gündən başlayır, dekabrın 23-də başa çatacaq.

Müsabiqədə yaşından asılı olmayaraq Azərbaycan Respublikası, eləcə də xarici ölkə vətəndaşları olan həvəskar və peşəkar fotoqraflar iştirak edə bilər.

Müsabiqəyə təqdim olunan fotolar office@bulvar.gov.az elektron ünvanına göndərilməlidir. Hər iştirakçı müsabiqəyə 3 foto təqdim edə bilər. Hər bir müəllif foto ilə bərabər özü haqda məlumatı (ad, soyad, fotonun adı, telefon nömrəsi) göndərməlidir. Fotolar JPG formatda, uzun tərəfi 1500 px olmalıdır.

Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir.

Fotolarda Dənizkənarı Milli Parkın görünüşü, atributları, bulvar ərazisindəki maraqlı mənzərələr və s. əks olunmalıdır.Fotolarda əks olunmuş şəxslərin razılığına görə məsuliyyət fotoqrafın üzərinə düşür.Fotolardan istifadə hüququ müəllif hüquqları qorunmaq şərti ilə Dənizkənarı Bulvar İdarəsinə məxsus olacaq.Fotolardan kommersiya məqsədi ilə istifadə olunmayacaq.

Münsiflər tərəfindən seçilmiş fotolara

1 yer üçün 1500 AZN.

2 yer üçün 1000 AZN.

3 yer üçün 500 AZN pul mükafatı təqdim olunacaq.

Mobil telefonlarla çəkilən fotolar müsabiqənin "Mobiloqrafiya" bölməsində qəbul olunur. Mobil telefonlarla çəkilmiş fotolar Bulvaridare@gmail.com elektron ünvanına göndərilməlidir. Hər bir iştirakçı yalnız 2 foto təqdim edə bilər. Münsiflər heyətinin "Mobiloqrafiya" bölməsindəki fotolar arasından seçdiyi 20 şəkil arasından qalib instaqramda səs vermə yolu ilə müəyyənləşəcək.

Qaliblərə

1 yer üçün 300 AZN

2 yer üçün 200 AZN

3 yer üçün 100 AZN

Pul mükafatı təqdim ediləcək.

Dənizkənarı Bulvar ərazisində müsabiqəyə təqdim olunan ən yaxşı fotolardan ibarət sərginin təşkili, fotolarla bağlı məlumat kataloqunun hazırlanması da planlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam