Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Azərbaycana Çindən 1 milyon tut tingi gətiriləcək

 

Azərbaycana Çindən 1 milyon tut tingi gətiriləcək
Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı məhsullarının istehsalçılarına hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
 Yenixeber.org: Komissiyanın sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev keçirdiyi mətbuat konfransında bildirib ki, iclasda subsidiyaların ödənilməsinə dair qərar qəbul edilərək Maliyyə Nazirliyinə göndərilib. Nazir müavininin sözlərinə görə, bu günə qədər mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştlə bağlı “Aqrolizinq” və özəl şirkətlərə ümumilikdə 102 milyon manatdan çox subsidiya ödənilib.

“Qəbul edilən qərar görə, “Aqrolizinq” ASC-yə ödənilməli olan vəsaitin 25 faizi, özəl şirkətlərə 51 faiz vəsaitin ödənilməsio barədə qərar qəbul edilib. Özəl şirkətlərin borclarının bağlanmasında məqsəd onların ölkəyə gübrə gətirilməsini stimullaşdırmaq, maliyyə məsələlərinin həllinə köməklik göstərməkdir. Burada əsas məqsədlərdən biri fermerlərin gübrəyə olan tələbatını təmin etməkdir. Fermerlərin gübrə ilə təminatında özəl şirkətlərin roluna böyük önəm veririk”.

Nazir müavini bildirib ki, əvvəllər ölkədə mineral gübrələrə tələbat o qədər də çox olmayıb: “Aparılan təbliğat və maarifləndirmə işləri nəticəsində fermerlər əkin prosesində şumaltı və qidalandırıcı gübrələrdən geniş istifadə etməyə başlayıblar ki, bu da mineral gübrələrə olan tələbatı artırıb. Ölkədə gübrəyə olan tələbat “Aqrolizinq” və özəl şirkətlər tərəfindən ödənilir. Biz hesab edirik ki, gübrə ilə təminat məsələsində özəl şirkətlər daha aktiv mövqe nümayiş etdirməlidir”.

Kənd Təsərrüfatı nazirliyinin ölkədə baramaçılığın inkişafına böyük önəm verdiyini deyən İlham Quliyev bildirib ki, yem bazasının formalaşdırılması məqsədilə ayın sonuna kimi Azərbaycana Çindən daha 1 milyon tut tingi gətiriləcək. Bu tinglər ixtisaslaşmış rayonlar üzrə baramaçılıqla məşğul olan fermerlər arasında bölüşdürüləcək.

Arıçılara subsidiyaların verilməsi ilə bağlı prosesin gedişatı haqqında məlumat verən nazir müavini qeyd edib ki, hazırda arı ailələrinin qeydiyyatı prosesi davam edir: “Hazırda arıçılar Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edərək arı ailələrini qeydiyyatdan keçirirlər. Bu prosesdə Azərbaycan Arıçılar Assosiasiyası ilə əməkdaşlığa böyük önəm veririk. Dünən mən assosiasiyanın İdarə Heyətinin üzvləri ilə görüşdüm, 3 saatdan artıq müzakirə apardıq. Hesab edirəm ki, subsidiyaların verilməsi ilin sonuna kimi tam şəkildə başa çatdırılacaq”.
Mətbuat konfransında jurnalistlərin kənd təsərrüfatının müxtəlif sahələrinə dair sualları cavablandırılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam