Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

GDU-da QİÇS-lə bağlı toplantı keçirildi

 

1 dekabr 2014-cü il tarixdə Gəncə  Dövlət Universitetində Tələbə Gənclər təşkilatının təşkilatçılığı ilə “Sağlam gələcək , sağlam gənclik ilə  gələcək!“ şüarı ilə Beynəlxalq QİÇS-lə mübarizə gününə həsr olunmuş  “Sağlam cəmiyyətin qurulmasında sağlam gənclik modelinin təşkilinə dair” mövzusunda  konfrans keçirilmişdir.

Konfrançı giriş sözü ilə tərbiyə işləri üzrə prorektor dosent Asif  Cavadov  açdı. Proqrama uyğun olaraq  “XXI əsrdə gənclər üçün təhlükə ola biləcək amillər. Onları yaradan səbəblər və həlli yolları” adlı birinci hissədə  Gəncə Regional Qadın Mərkəzinin rəhbəri Məleykə Əlizadə,  Gənclər üçün Təhsil Mərkəzinin Gəncə regional ofisinin rəhbəri Aygün Həsənzadə mövzuyla bağlı ətraflı məlumat verdilər.

“QİÇS-lə mübarizə sahəsində görülən işlər, aparılan mübarizə, görülən  tədbirlər və nəticələr” adlanan ikinci bölmədə  həkim-terapevt, QİÇS sahəsində mütəxəssis Hacı Nəbiyevin,  Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri  Vəfa Məmmədovanın, Gəncə şəhər SOS uşaq kəndi, “Ailələrə dəstək layihəsinin koordinatoru Mehriban Əhmədovanın məlumatları konfrans iştirakçılarının hədsiz marağına səbəb oldu.

“Gəncə Dövlət Universitetində “Sağlam gələcək, sağlam gənclikilə gələcək” aylığı çərçivəsində görülən işlər” adlanan üçüncü hissədə isə Gəncə Dövlət UniversitetininTələbə Gənclər Təşkilatının Sədr müavini, layihə rəhbəri Qulu Abdullazadənin, layihə koordinatoru Səriyyə Əliyevanın, layihə iştirakçısı Amil Məhərrəmovun  Layihənin ümumi məqsədi, görülən işlər haqqında məlumatları, eləcə də hesabatları dinlənildi.

Tələbələr adasında məlumat genişliyi, gərəkli tibbi tövsiyyələri ilə ciddi marağa səbəb olan konfrans Sosial-çarxın təqdimatı, layihə iştirakçılarının təltif olunma mərasimi ilə yekunlaşdı.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam