Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Birdəfəlik ödəmələr alacaq şəhid ailələrin siyahısı dəqiqləşdirilib

Birdəfəlik ödəmələr alacaq şəhid ailələrin siyahısı dəqiqləşdirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının iclası keçirilib
Yenixeber.org: Nazirlikdən  verilən xəbərə görə, iclasda Azərbaycan Respublikasının Prezidentİlham Əliyevin tapşırıqları əsasında hazırda nazirlik tərəfindən innovativ həllərin tətbiqi şəraitində aparılan islahatların və sosial müdafiə əhəmiyyətli işlərin cari vəziyyəti, habelə yeni hazırlanmış normativ-hüquqi aktların layihələri müzakirə olunub.

Kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, vətəndaş firavanlığının təminatı ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək səviyyədə davam etdirdiyi milli inkişaf strategiyasının başlıca məqsədi kimi çıxış edir. Ölkəmizdə milli iqtisadiyyatın dinamik tərəqqisində əldə olunan nailiyyətlər ilk növbədə sosial rifah halının yaxşılaşmasına xidmət edir. Nazir qeyd edib ki, son 15 ildə əhalinin gəlirlərində 8,6 dəfə artım özünü göstərib, orta aylıq əmək haqqı 528,2 manata çatıb. 

Sosial cəhətdən həssas qruplara, aztəminatlı ailələrə dövlət qayğısının artdığını, onların rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin miqyasının getdikcə genişləndiyini deyən S.Babayev bildirib ki, dövlət başçısının uğurlu sosial-iqtisadi inkişaf strategiyasının mühüm nailiyyətlərindən biri kimi, son 15 ildə ölkəmizdə yoxsulluq səviyyəsi 5 faizə enib ki, bu da qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Bununla bərabər, yoxsul ailələrin dövlət tərəfindən dəstəklənməsi tədbirləri də davam etdirilib.

Cari ilin ötən dövründə görülən işlər barədə danışan nazir məlumat verib ki, Prezidentİlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən nazirliyə təqdim edilmiş siyahılar üzərində dəqiqləşdirmə işləri artıq yekunlaşıb. Vərəsələrinə birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların ümumiləşdirilmiş siyahısı nazirliyin saytında təqdim olunacaq. Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları da hazırlanıb. Bu qaydalar ödəmələrin verilməsi prosedurlarının tam şəffaf və vətəndaş məmnunluğuna səbəb olacaq səviyyədə həyata keçirilməsinə imkan verəcək.

S.Babayev vurğulayıb ki, dövlət başçısının 2018-ci il 2 avqust tarixli 382 nömrəli Sərəncamının Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin mənzillə təminatı proqramının gücləndirilməsinə səbəb olub. Sərəncamla cari ildə həmin insanlar üçün əlavə olaraq minimum 300 mənzil alınması ilə bu il Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 500-dən çox mənzilin verilməsinə imkan yarandığı, mənzillərin satınalınması üçün açıq tenderin elan olunduğu bildirilib. Həmçinin fərdi yaşayış binalarının inşasının davam etdirildiyi, çoxmənzilli binalarda tikinti işlərinin də başa çatmaqda olduğu qeyd edilib.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci 9 avqust tarixli 229 nömrəli Fərmanının icrası olaraq, nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin yaradılması, habelə cənab Prezidentin 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanına əsasən əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi istiqamətində görülən işlər barədə də məlumat verilib. DOST Agentliyi və mərkəzlərinin fəaliyyətini təmin etmək məqsədilə bir sıra normativ hüquqi aktların layihələrinin, habelə müvafiq təkliflərin hazırlanması işlərinin bu ay ərzində başa çatdırılaraq aidiyyəti üzrə təqdim edilməsi təmin olunacaq. Artıq ilin sonunadək Bakının Yasamal rayonunda bu rayonun və Səbail rayonunun əhalisinə xidmət edəcək ilk DOST mərkəzinin yaradılması nəzərdə tutulur. Sahil Babayev qeyd edib ki, nazirliyin informasiya sistemləri əsasında “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin, müvafiq fəaliyyət istiqamətləri üzrə xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi üçün "e-sosial" internet portalının yaradılması işləri davam etdirilir.

Nazir Azərbaycan Respublikasının Prezidenti tərəfindən əmək və sosial müdafiə sahəsi ilə bağlı mühüm Fərman və Sərəncamlar imzalanmaqla, sosial müdafiə tədbirlərinin gücləndirilməsində yeni addımların atılmasına, digər tərəfdən əmək və sosial müdafiə sahələrində idarəetmənin təkmilləşdirilməsində ciddi irəliləyişlərə imkan yaradılıb. Nazir həmin sənədlərdən irəli gələn bütün tapşırıqların yüksək səviyyədə və vaxtlı-vaxtında icrasının təmin olunmasının nazirliyin əsas fəaliyyət prinsipi olduğunu, onların icrası istiqamətində uğurlu nəticələrə yönələn işlərin aparıldığını bildirib.

Sonra nazir müavini, kollegiyanın üzvü Mətin Kərimlinin, nazirin müşaviri Vüsal Nəsirlinin, nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Himalay Məmişovun, İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidovun, Əmək siyasəti şöbəsinin müdir müavini Əbülfət Məhərrəmovun gündəlikdə duran məsələlər barədə məruzələri dinlənilib.

İclasda dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanının icrası sahəsində görülən işlər müzakirə olunub. O cümlədən Fərmanda qeyd olunan şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı Qaydaların layihəsinin ödəmənin verilməsi prosesini tam şəffaf şəkildə həyata keçirilməsini təmin edə biləcək səviyyədə hazırlandığı vurğulanıb. Layihə barədə müzakirələrdən sonra Kollegiya tərəfindən həmin Qaydaların təsdiq edilməsi barədə qərar qəbul edilib.

Kollegiya həmçinin bir sıra sahələrə dair qulluqçu və fəhlə vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında, kompüter və digər elektromaqnit şüalanma yaradan aparatların istismarı zamanı təhlükəsizlik Qaydalarında, əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydalarında dəyişikliklər edilməsi barədə də qərarlar qəbul edib.

İclas zamanı Kollegiya tərəfindən, eyni zamanda, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği”nin müvafiq bəndlərinin tətbiqinə dair İzahat”da dəyişiklik edilməsi də qərara alınıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam