Yenixeber.org: Yeni model insan psixologiyası ilə bağlı diaqnozun qoyulmasını xeyli asanlaşdıracaq. Bu proqram insanların istifadə etdikləri fərqli sözlərə əsasən onların depressiyaya meyilli olub-olmadıqlarını müəyyələşdirəcək.
Tədqiqatçılar gələcəkdə bu modelin mobil əlavəsi kimi də istifadə oluna biləcəyini vurğulayırlar. Belə ki, məsafə, yol xərcləri və ya digər səbəblərdən klinikaya müraciət edə bilməyən pasiyentlər bu mobil əlavə vasitəsilə mental durumlarının necə olduğunu müəyyənləşdirəcəklər. Model onların SMS yazışmalarını və ya səsli danışıqlarını analiz etməklə telefona xüsusi xəbərdarlıq siqnalları göndərəcək.
AzNews.az