Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Biznesmenlər doğum evlərinə də “girdi”- UŞAQ YEMƏKLƏRİ ANALARA MƏCBURİ ALINDIRILIR

 Son dövrlərin trendlərindən biri də yeni doğulmuş körpələrə ana südündən əlavə smeslərin verilməsidir. Bəzən bu, südü az olanın ananın seçimi olsa da, bəzi hallarda doğum evləri tərəfindən məcuri alındırılır

Yenixeber.org: Yeni ana olmuş qadınların sözlərinə görə, həkimlər, tibb bacıları xəstəxanalarda analara müəyyən firmaların smeslərini almağı tövsiyə edərək bunun vacib olduğunu deyirlər. Analar başqa firmanın smesini almaq istədikdə, mümkün qədər fikirlərindən daşındırmağa, məsləhət gördükləri smesi aldırmağa, bunun daha yaxşı olduğuna inandırmağa çalışırlar.
Respondentlər iddia edir ki, bu hallar daha çox dövlət xəstəxanalarında baş alıb gedir. Bu isə həmin həkim və tibb bacılarının sözügedən firmalardan faiz alması ilə bağlıdır.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Tibb universitetinin kafedra müdiri, tibb üzrə ekspert Vüqar Məmmədovun sözlərinə görə, həkimlərin doğmuş qadını və ya ailəsini hansısa firmanın uşaq qidasını almağa məcbur etməsi qanunla doğru deyil:
"Azərbaycan Respublikasının körpələrin və ilkin yaşlı uşaqların qidalanması haqqında qanunu var. Tibb müəssisələrinin vəzifələri var. Ancaq pasiyenti, valideyni yönləndirmək yolverilməzdir.
Bu, qanunvericiləyə də tam olaraq ziddir. Onlar bu barədə pasiyentə məlumat, tövsiyə verə bilər. Seçim isə tam olaraq pasiyentin öz işidir. Amma məcbur etmək yolverilməzdir".
Ekspertin sözlərinə görə, xəstəxanalar müəyyən səbəblərə görə hansısa firmaların uşaq qidalarını tibb müəssisəsinə buraxmaya bilər: "Xəstəxanaya müəyyən səbəblərə görə hansısa qidaların girişini qadağan edə bilərlər. Amma almağa məcbur edə bilməzlər. Ananın südü yoxdursa, həkim smes barədə məsləhət verə bilər. Amma seçim hüququ ananındır".
Bəs həkimlərin qeyd etdiyi kimi həqiqətənmi hazır uşaq qidaları arasında böyük fərq var?
Bu barədə danışan pediatr Xəyalə Quliyeva bütün smeslərin eyni olduğunu qeyd edib.
"Smeslər keyfiyyətə və hazırlanma tərkibinə görə, demək olar ki, eynidir. Bunun sadəcə körpəyə düşüb-düşməməsi faktı ola bilər. Əks halda, bu bahalıdır deyə keyfiyyətlidir və ya əksinə düşüncələri yanlışdır", - deyə pediatr vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam